İş adamları və əhali bankdan pulunu geri çəkib - “Ziraat Bank Azərbaycan”da nə baş verir?
30-06-2025 [13:20]
İlin birinci rübündə “Ziraat Bank Azərbaycan”nın cəmi kapitalı 4398,69 min manat azalaraq 137934,50 min manatdan 133535,81 min manata düşüb. “PostMedia” teleqraf-a istinadən xəbər verir ki, 2025-ci ilin birinci rübünün göstəriciləri belə deməyə əsas verir ki, il “Ziraat Bank Azərbaycan” üçün xoş başlamayıb.
Bankın faiz gəlirləri, aktivləri, eləcə də öhdəlikləri azalıb.Əvəzində faiz xərcləri artıb, vaxtı keçmiş kreditlərin portfeldə xüsusi çəkisi artıb.
Aprelin 1-nə “Ziraat Bank Azərbaycan” banklardakı depozitlərdən 1 milyon 317min manat faiz gəlirləri əldə edib. Ötən ilin birinci rübündə bu rəqəm 2 milyon 379 min manat olub.
İlin birinci rübündə bankın xalis faiz gəlirləri 7 milyon 519 min manat olub. Hansı ki, ötən ilin eyni dövründə bu rəqəm 7 milyon 942 min manat idi. Beləliklə bankın əməliyyat mənfəəti azalaraq ötən ilin eyni dpvründəki 6 milyon 371 min manatdan 6 milyon 80min manata düşüb.
Diqqətçəkən bankın mənfəətinin ilin birinci rübünündə aşağı düşməsi olub. Ötən ilin birinci rübündə 4 milyon 349 min manat mənfəət əldə edən “Ziraat Bank Azərbaycan” bu ilin eyni dövründə cəmi 3 milyon 572 min manat qazanıb.
Kreditlərdən asılıb qalan aktivlər
Bankın cəmi aktivləri bu ilin yanvarın 1-nə olan 921 milyon 125 min manatdan aprelin birinə 909 milyon 242 min manata düşüb. Aktivlərin azalmasına maliyyə qurumunun başqa banklardakı müxbir hesablarının, banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlərinin, eləcə də qiymətli kağızlara yatırımlarının, Mərkəzi Bankdakı müxbir hesabının, nağd vəsaitlərinin (banknotlar və sikkələr, yolda, bankomatlarda və mübadilə şöbələrində olan nağd vəsaitlər daxil olmaqla) azalması səbəb olub. Bank hesabat dövründə aktiv portfelini müştərilərə verilən kreditlərlə qoruyub saxlayıb.
İş adamları və əhali bankdan pulunu geri çəkib
“Ziraat Bank Azərbaycan”nın öhdəlikləri də azalıb. Öhdəliklər 2025-ci ilin yanvarın 1-nə 787 milyon 589 min manatdan 771 milyon 307 min manata düşüb. Bunda əsasən əhalinin banka yatırdığı vəsaitlər mühüm rol oynayıb. Belə ki, bankda fiziki və hüquqi şəxslərin tələbli depozitləri kəskin azalıb. Fiziki şəxslərin bankdakı tələbli depozitləri ilin əvvəlində olan 32 milyon 480 min manatdan 30 milyon 16 min manata düşüb. Hüquqi şəxslərin tələbli depozitləri isə (qeyri-bank maliyyə institutlarının cari hesabları da daxil olmaqla) ilin əvvəlinə olan 255 milyon 494 min manatdan aprelin birinə 179 milyon 386 min manata düşüb. Fiziki və hüquqi şəxslərin müddətli depozitləri isə 277 milyon 679 min manatdan 262 milyon 756 min manata enib. Beləliklə, 2024-cü ilin sonunda 565 milyon 654 min manat depozit portfeli olan bankın hesabındakı əhalinin pulları 472 milyon 158 min manata düşüb.
Özəl təsərrüfatlara verilən borcların yaratdığı maliyyə problemləri
Məlum olduğu “Ziraat Bank Azərbaycan” əsasən biznes kreditləri ilə, daha dəqiq ifadə etsək özəl təsərüffat cəmiyyətlərinə verdiyi borclarla məşhurdur. Son 1 ildə Bankın kredit portfeli 54,8 % böyüyüb. Bankın 574 milyon 720 min manatlıq kredit portfelinin 532 milyon 107 min manatını biznes kreditləri təşkil edir. Həmin kreditlərin 52 milyon 854 min manatının vaxtı keçib. Bu da kredit portfelinin 9,93 faizinə bərabərdir. Yeri gəlmişkən, bankda vaxtı keçmiş kreditlərin ümumi həcmi 54 milyon 344 min manatdır. Bunun 52 milyon manatını biznes sektoruna verilən vəsaitlərin payına düşməsi maliyyə qurumu üçün əhəmiyyətli itki deməkdir. Müqayisə üçün bildirək ki, 2024-cü ilin birinci rübündə biznes kreditləri üzrə vaxtı keçmiş kreditlərin həcmi 24 milyon 166 min manat olub. Portfelin 6,78 faizi həcmində.
Onu da bildirək bankın 532 milyon 107 min manatlıq biznes kreditləri portfelinin cəmi 274 milyon 408 min manatı təminatsızdır. İş adamlarına verilən kreditlərin əsas təminatçısı kimi onların əmlakları çıxış edir. Məlumatlara görə, “Ziraat Bank Azərbaycan”nın sərəncamında biznes subyektlərindən müsadirə etdiyi, sata bilmədiyi əmlakların sayı-hesabı yoxdur.
Gecikmələr sayəsində proqnozlaşdırdığı gəlirlərdən məhrum olan, depozit portfeli kiçilən “Ziraat Bank Azərbaycan” biznes subyektlərindən müsadirə etdiyi bu əmlakları mütəmadi olaraq dəyərindən iki dəfə ucuz satışa çıxarır.
Maliyyə hesabatları göstərir ki, hazırda bankda 3 milyon 527 min manat təhlükəli kredit, 10 milyon 741 min manat ümidsiz kredit var.
Onu da bildirək ki, “Ziraat Bank Azərbaycan” minimal kredit faizi ən yüksək müəyyən edən banklardan biridir. Bankda kredit faizləri minimum 17 %-dən başlayır. 1 %-lik komissiya haqqı da əlavə olunsa, bu müştərilərin minimal kredit xərci 18 % təşkil edir. Bank 36 aya 25 min manatadək kredit təklif edir.
Xatırladaq ki, “Ziraat Bank Azərbaycan” 2014-cü ildə yaradılıb, onun nizamnamə kapitalı 65,5 milyon manatdır. Bankın səhmlərinin 99,98 %-i “Ziraat Bank”a (Türkiyə), 0,01 % – “Ziraat Texnoloji Şirkəti”nə, 0,01 %-i isə Ziraat Yatırım Menkul Değerler Şirkətinə (Türkiyə) məxsusdur(Mənbə: pravda.az).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi