Hər şey “plan üzrə” gedir - Şahin CƏFƏRLİ YAZIR
22-06-2025 [20:41]
Şahin CƏFƏRLİ
Politoloq
***
İsrailin təhlükəsizliyini təmin etmək ABŞ-ın Böyük Orta Şərq regionundakı siyasətinin təməl vəzifələrindəndir. Vaşinqtondakı azömürlü administrasiyaların cari prioritetlərindən asılı olmayaraq, bu bölgəyə cavabdeh olan ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən aparılan uzunmüddətli strategiya var.
CENTCOM sırf hərbi və kəşfiyyat xarakterli işlər görmür, siyasi-diplomatik müstəvilərdə də fəaliyyət göstərir. Strategiyanın əsas istiqaməti ondan ibarətdir ki, geniş Orta Şərq bölgəsində İsrailə təhdid yaradan hər hansı dövlət və qeyri-dövlət aktor mövcud olmamalıdır. Bu cür dövlətlər zəiflədilir və (və ya) çökdürülür.
İran öncə Səddam rejiminin süqutunun, sonra “ərəb baharı”nın yaratdığı fürsətlərdən bölgədə öz nüfuzunu yaymaq naminə yararlansa da, bunun qısamüddətli fürsət pəncərəsi olduğu, əvvəl-axır qapanacağı və İranın özünün hədəfə çevriləcəyi aydın idi. Nəticədə İraq, Liviya və Suriyadan sonra növbə İrana çatdı.
Gördüyümüz kimi, "Rusiya və Çin İrana hücum edilməsinə imkan verməz, 3-cü dünya savaşı başlayar" kimi fikirlər əsassız, "Pakistan söz verib ki, öz nüvə gücü ilə İranın arxasında olacaq" iddiaları isə gülünc idi. İran yalnızlığa məhkum durumdadır.
Növbənin yetişməsi İranda dərhal rejim dəyişikliyi olacağı, yaxud ölkənin tezliklə dağılacağı anlamına gəlməz. İsrail və ABŞ bombardmanları nəticəsində İranın nüvə proqramının tamamilə məhv edilib-edilmədiyi də xüsusi vacib məsələ deyil. Bu, təfərrüatdır. Önəmli məqam budur ki, İranın “zirehi” dəlindi və ona toxunuldu. Məsələnin çətin olan tərəfi (İranın düşmənləri üçün) məhz bu idi və bu psixoloji baryer aşılmış oldu. Əgər düşmən təyyarələri ölkəniz və paytaxtınız üzərində demək olar ki, maneəsiz uçursa, bu o deməkdir ki, sizin bundan sonrakı taleyiniz onun insafına qalmış olur. Sabah müharibə dayansa belə İsrail (hökümətdə kim olursa olsun) İranın toparlanmasına imkan verməməyə çalışacaq və özü üçün təhlükə hiss etdiyi anda nöqtə əməliyyatlara, aviazərbələrə davam edəcək. Belə bir vəziyyət - əgər bütün tərəfləri qane edəcək bir razılaşma imzalanmasa - rejimin tədrici deqradasiyası üçün zəmin yarada (İraq və Suriyadakı kimi illərə yayılmış şəkildə), ehtimal olunan kütləvi xalq etirazları isə rejimin iflası yolunda katalizator rolunu oynaya bilər.
Ümid etmək istərdim ki, İranda hadisələr Suriya ssenarisi üzrə inkişaf etməz, çünki bu, ilk növbədə İrandakı soydaşlarmız və dost xalqlar, digər tərəfdən isə bütün bölgə üçün faciəli nətəcələrə gətirib çıxaracaq. Amma əlbəttə ki, praqmatik yanaşma və strateji ağılla hər cür ssenariyə hazır olmaq lazımdır.
P.S. Yazı müəllifin Feysbuk hesabından götürülüb.
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər