Konturyeyənlər - Təbriz VƏFALI YAZIR
20-06-2025 [09:04]
Təbriz VƏFALI,
Azərbaycan İnformasiya Mərkəzinin direktoru
***
Uşaqlıqdan ezop dilində, yəni üstüörtülü danışmağı xoşlayıram. Düşünürəm, arifə bir işarə bəsdir. Ezopca söhbətimi ariflərin anlaması kifayətdir, başa düşməyənləri qandırmağa nə hacət.
İndi söhbətimi ezopca aparacağam və mövzumuz olacaq müxtəlif şeyləri “yeyənlər”dən.
Deyirlər, filankəs “çoxyeyən“di, yəni, ya iştahası yaxşıdı, yeyib-içəndi, ya da qarınquludur, nə qədər yeyib-içsə də, nə gözü, nə də qarnı doyur. Yaxud birinə “ətyeyən“ deyirlər. Yəni, o, əti və ət yeməklərini xoşlayır.
Bəzən də eşidirik ki, filankəsin başını “yeyiblər”. Yəni, onu ya öldürüblər, ya da tovlayıb yoldan çıxarıblar.
Bir də var “pulyeyən“. Beləsi rüşvətxor, korrupsionerdir, “qaz vurub, qazan doldurmağı“ düşünür, pulu, var-dövləti, sərvəti, mal-mülkü canından çox sevir. Adam da var ki, simicdir, özünə, ailəsinə pul xərcləyən deyil. Bir manatı çıxanda elə bil canı çıxır. Onlara da ezopca deyirlər “pulyeyən“.
“Adamyeyən“ də var. Manyak, vampir adlandırılan belələri barədə ədəbiyyat və KİV-lərdə çox oxumuşuq, “ujas“ filmlərindən onlara çox tamaşa etmişik. “Adamyeyən“ də var ki, ona qaniçən, zəli, zalım deyirlər. Belələri zülm, işgəncə verməkdən, insanları nahaqdan incitməkdən, el malını çapıb-talamaqdan həzz, ləzzət alırlar.
Bir zamanlar “torpaqyeyənlər“ də yaman dəbdə idi. Rayon icra hakimiyyətləri və rayon torpaq şöbələri böyük, bələdiyyələr və yerli icra nümayəndəlikləri isə bala “torpaqyeyənlər“ adlandırılırdı. Çünki onların torpaqdan istifadəsinə ezopca “hərracaqoyma“, “torpaqyemə“ deyilirdi və onlar kəndlilərin halal torpaq paylarını sataraq pullarını mənimsəyirdilər.
Elektrik enerjisindən istifadəyə, eləcə də içməli su və çirkli suların axıntısına görə şişirdilmiş borc yazmağı bacaranlara “enerjiyeyənlər” və “suyeyənlər”, təbii qazla təchizatda qəsdən, bilə-bilə problem yaradanlara isə “qazyeyənlər” deyilir.
Son zamanlarda isə böyük və kiçik “kontuyeyənlər”in sayı durmadan artmaqdadır.
Azərbaycanda mobil operatorlar fəaliyyətə başlayandan sonra dünyanın digər ölkələrindən fərqli olaraq respublikamızda istər mobil telefon danışıq kartlarının, konturların və mobil internetin qiymətlərinin, istərsə xidmətlər üzrə tariflərin bahalığından həmişə şikayət olub, indi də var, gələcəkdə də olacaq.
Üstəlik, danışıqlara görə konturlardan balansların normadan artıq çıxarılması, balans oğurluğu da “konturyeyənlər”in bacarığından və məharətindən xəbər verir.
Hələ abonentlərdən xəbərsiz onların müxtəlif və lazımsız proqramlara abunəliyinə görə kontur oğurlayanlar dəryadan əllə balıq tutmağa qadir olduqlarını daim nümayiş etdirirlər. Bütün bunlara görə mobil operatorlara böyük “konturyeyənlər” deyirlər.
Kiçik “konturyeyənlər” də var. Dələduzluqla, fırıldaqçılıqla məşğul olaraq sadə vətəndaşların, xüsusilə də yaşlı insanların konturlarını oğurlayırlar.
Bir sözlə, müxtəlif şeyləri “yeyənlər” həm ali qanunlarımızla, həm də dini qanunlarımızla cinayət əməli törədirlər, haram qazanc əldə edirlər. Ancaq haram tikə nə vaxtsa onların boğazlarında qalacaq. Və ilahi ədalət öz yerini tapacaq.
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər