Süni intellektlə mənə göz vuran Mono Liza... - Təbriz VƏFALI YAZIR
19-06-2025 [08:35]
Təbriz VƏFALI,
Azərbaycan İnformasiya Mərkəzinin direktoru
***
Azərbaycanda informasiya texnologiyalarının yüksək templi inkişafı bütün dünyanı nə qədər heyrətə salsa da, bu texnologiyalardan istifadə edən əksər vətəndaşlarımızın hazırladıqları xəbərlər, videolar və şəkillər digər ölkələrin sakinlərini bir o qədər şoka salmaqdadır.
Məsələn, elə götürək süni intellekti. Əcnəbilər süni intellekt deyilən texnologiya ilə maşınları məcbur edirlər ki, onlar insanlar kimi düşünsünlər, öyrənsinlər və qərar qəbul etsinlər. Xarici ölkələrdə süni intellektlə inşan zəkasının funksiyalarını təsdiq edirlər, problemlərin həllinə nail olurlar, dil öyrənirlər, müxtılif tapşırıqları yerinə yetirirlər. Əcnəbilər tibb, sağlamlıq, maliyyə, nəqliyyat, təhsil, hökümətin idarə edilməsi, hətta təhlükəsizlik məsələlərinin icrasında belə sünii ntellektin imkanlarından geniş istifadə edirlər. Azərbaycanda isə...
Vallah bizimkilərdən yoxdur, ey. Zalım uşaqları süni intellektlə ömründə çılpaq şəkli, erotik və pornoqrafik videosu olmayan tanınmışları lümbələmlüt soyundururlar, hazırladıqları videolarda onlara istədiklərini etdirirlər. Kimlərisə bir-birləri ilə ölüm-dirim savaşına, əlbəyaxa döyüşə çıxartdırırlar. Hətta süni infelllektlə bəyəndikləri futbol komandaların digər komandaları 100-0 hesabı ilə udacaq proqramlaşdırmadan istifadə edirlər. Hələ müxtəlif "iqra"ları süni intellekt yolu ilə kəşf edənlərin və bütün günü bu oyunları oynamaqla vaxtlarını" öldürənlərin" əllərinə əcnəbilər su tökə bilməzlər.
Bizimkilərdəki bacarıq, qabiliyyət o qədər yüksəkdir ki, onların nə düşündüklərini, nə fikirləşdiklərini xaricilər min ilə də düşünə bilməzlər. Axı, onlar hardan bilsinlər ki, göz vurmaq, göz-qaş etmək nəmənə olan şeydir. Bizimkilər Mono Lizanı süni intellektlə elə bəzəyiblər ki, bu əfsanəvi xanım mənə göz vurur, dil çıxardır, qarşını-gözünü əyir, arada öpüş göndərir.
Bəzi tanınmışları əndrəbadi rəqs etdirmək, gülüş hədəfi etmək yalnız bizimkilərə məxsusdur. Hələ süni intellektlə dünya şöhrətli idmançılardan Brüs Lini, Bolo Yanqı, Çak Norrisi, qudamız Jan-Klod Van Damımı və digərlərini şillə-təpiyin altına salanlar, ağızlarının, burunlarının qanlarını bir-birinə qatanlar da var.
Əşşi, xaricilər nə qanırlar belə şeyləri. Yaşasın bizimkilər...
Vallahi də billahi də bu süni intellekt ortalığa çıxandan üzübəri necə deyərlər, “çərxi-fələk tərsinə dövran edir indi”.
Vaxtilə mərhum şairimiz Mirzə Ələkbər Sabir deyirdi ki:
“Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz".
Əvvəllər bu, bizə aid idi, indi bizimkilərə həsəd aparan xaricilərə....
Hələ əcnəbilərə veriləcək çox dərsimiz olacaq. Onların gözlərinin odunu elə alacağıq ki, doğulduqlarına peşiman olacaqlar...
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər