20 özəl xəbər axtaranlara pulsuz məsləhət… - Təbriz VƏFALI YAZIR
12-06-2025 [14:21]
Təbriz VƏFALI
Azərbaycan İnformasiya Mərkəzinin direktoru
***
Vallahi də, billahi də bizim jurnalistlərə, saytların və xəbər portallarının rəhbərlərinə mat-məəttəl qalmışam. Əşşi, kimi dindirirsən, gündəlik 20 özəl xəbəri necə hazırlayacağından şikayət edir.
A balam, bundan asan nə var ki? Bir həftəlik gedirsən rayonlardan birinə, lap elə öz doğma rayonunuza, kəndinizə. Taxılçılıq, pambıqçılıq, yoncaçılıq, quşçuluq, heyvandrlıq, maldarlıq, bostançılıq, su problemi, təbii qaz problemi, elektrik enerjisi problemi, sosial sığorta və pensiya problemi, işsizlik problemi, əkin-biçin problemi, antisanitariya problemi, yaşıllaşdırma problemi, yol problemi və sair haqqında ayrı-ayrı məlumatları toplayırsan, bir neçə şəkil çəkirsən, sakinləri, bələdiyyə sədrlərini, icra nümayəndələrini danışdırırsan. Bunların hərəsini bir xəbər hazırlayanda ən azı 50 xəbər edir. Sonra gedirsən rayon icra hakimiyyətinə və müvafiq qurumlara, sualları döşəyirsən qabırğalarına. Suallara aldığın cavabların hərəsi bir xəbər olanda say 100-ü keçir.
Hələ 20 özəl xəbər hazırlamaq üçün kənd və rayon həyatında baş verən hadisələrdən də aşağıdakı başlıqlarda özəl xəbərlər hazırlamaq olar:
1. Dəhşətli hadisə. Çoban Əhmədin gözləri önündə onun 5 illik buğasının başını kəsdilər.
2. Səkinə nənənin topal toyuğunu maşın vurub öldürdü.
3. Torpaq yolda yeriyən jurnalistin ayaqqabıları və şalvarının balağı toza bulaşdı.
4. Toyda spirtli içki içən gənclər rəqs etdilər.
5. 95 yaşlı ağsaqqal ürəktutmasından vəfat etdi.
6. Kəndimizə qonaq gələn müğənni toyda kabab yedi.
7. Şok xəbər. Rayon mərkəzi xəstəxanasında həkim xəstəni müayinə etdi.
8. Kənd icra nümayəndəsinin oğlu evinə bazarlıq etdi.
9. Həmkəndlimiz Məmmədin qızı sevdiyi oğlana qoşulub qaçdı.
10. Kənd sakini Hüseynin qızı hamilədir, doğacaq.
11. Sos. Sos. Sos. Kənd sakinləri kombiləri, “ptiminutka”ları qış rejimindən yay rejiminə keçirtdilər.
12. Toya hazırlaşan gəlin gözəllik salonuna getdi.
13. Kənd sakini özünə 400 manatlıq inək aldı.
14. Yay mövsümünün gəlişi ilə əlaqədar havalar isinməyə başladı.
15. Molla hüzr yerində çay içdi.
16. Rayon stomatoloqlarından xəbərdarlıq: “Dişlərinizi fırçalayın”.
17. Ağcaqanadlar bataqlıq kənarındakı insanları sancdılar.
18. Bələdiyyə sədri ailəsi ilə birlikdə televizora baxdı.
19. Yol polisi rayonda sürücünü saxladı.
20. Qonşunun xoruzu başlayıb bizi yuxudan oyatdı”.
Bundan sonra başlayırsan “Konstitusiya və Suverenlik ili” münasibətilə yaşlı insanların, partiya funksionerlərinin, icra hakimiyyətinin, icra nümayəndəliklərinin, bələdiyyə sədrlərinin, məktəb direktorlarının və ayrı-ayrı dövlət qurumlarının mövqelərini öyrənməyə. Bunların hərəsini də bir xəbər hazırlayanda say 200-dən çox edir.
Hazırlayırsan xəbərləri göndərirsən redaksiyaya, rayonda qalaraq yeyib içirsən, gəzib dolanırsan, şellənirsən özün üçün. Hələ ot biçməyə, həyət-baca işləri ilə məşğul olmağa, qohumları ziyarət etməyə də xeyli vaxtın olur. Necə deyərlər, həm ziyarət, həm ticarət.
Pulsuz məsləhət məndən...
Mia.az
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər