EPİK ƏSƏRLƏRDƏ TARİX DƏQİQ TARİX DEYİL (Epos və tarix konteksti)
04-06-2025 [10:00]
ATİF İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent
***
Epik əsərlərdə diqqət çəkən tarixi şəxslərə tam tarixi şəxsiyyət olaraq yanaşmaq və bu əsərlərdə olan tarixi bilgilərə söykənərək tarix iddia etmək doğru deyil. Biz Qazan xan obrazı haqqında tədqiqat işində bu problemi ciddi tədqiq etməyə çalışmışıq.
Qazan xanın tarixi şəxsiyyəti haqqında Qorqudşünaslıqda ziddiyyətli fikirlər mövcuddur. M.Seyidov Qazan xanı tarixi şəxsiyyət kimi V əsrdə görür və M.Kalankatlının “Alban tarixi” əsərinə istinad edir (1, 124, 125). Q.Qeybullayev də DQK-dəki Qazan xanın V əsrdə Albaniyaya gələn Kazan adlı bir elbəyin ola biləcəyini ehtimal edir (2, 181). F.Kırzıoğlu Qazan xanın VII əsrdəyaşadığını və Bayındır xanın əmri ilə İslamı qəbul etmək üçün oğuzların xüsusi ehtiramını göstərmək məqsədiylə Muhamməd Əleyhissəlamın hüzuruna gedən nümayəndə heyətinin başında olduğunu qeyd edir (3, 21).
Ə.B.Ərcilasun isə Salur Qazanı VIII əsrə ataraq Türgiş hökmdarı Su-lu Kağan hesab edir (4, 11-17). S.Cəmşidov isə Qazan xanı IX əsrdəaxtarır, onu Babəklə müqayisə edib, ona bənzədiyini ehtimal edir (5, 10). Ə.Bahadır xan Salur Qazanın X əsrdə yaşadığını iddia edir: “Qazan alp isə üç yüz il peyğəmbərimizdən sonra yaşamışdı...Həm də Salur Qazan Qayı (elindən) Qorqut Ata ilə eyni vaxtda yaşamışdı” (6, 97). O.Ş.Gökyay da Qazan xanın X əsrdə yaşadığını göstərir: “Fikrimizce Salur Kazan X 168yüzyılın sonlarında Samanlılerle Karahanlılar arasındakı mücadeleye karışmış olan oğuz beyidir” (7, CVII).Göründüyü kimi, hər müəllif Salur Qazanı bir-birindən fərqli tarixi zamana aid edir.
Xronoloji ardıcıllıqla düzdüyümüz bu mənbələr onu göstərir ki, tədqiqatçı alimlər Qazan xanı əsr-əsr gəzdirib az qala I minilliyin hər əsrində yaşadığını iddia edirlər. Biz Qazan xanı tarixi şəxsiyyət kimi əhatəli şəkildə araşdırsaq, o zaman hansı Qazan xanı oğuz epik ənənəsinin və DQK-nin Salur Qazanı hesab etməliyik? Hər müəllif irəli sürdüyü tarixi zamanı müəyyən şəkildə əsaslandırmağa çalışmış, əksər halda da buna nail olmuşdur. Obraz xarakteristikası isə bu zamanları inkar edir, obraz zamanını mətn strukturunda stimullaşdırır. Ola bilər ki, Salur Qazan obrazında bu Qazanların hər birinin hansısa tarixi cizgiləri cəmlənmiş, hətta araşdırdıqca yeni-yeni tarixi Qazanlar da ortaya çıxa bilər. Eləbu səbəbdən də obrazın tarixi səviyyəsi düşünülmüş şəkildəaraşdırmaya cəlb olunmamışdır.Hər bir obraz kimi Salur Qazan obrazının da əsasında bir neçə tarixi tip (prototip) dayanır.
Məlumdur ki, müxtəlif şəxslərin fərdi xüsusiyyətlərindən alınan cizgilər bir obrazda cəmlənir. Qazan xan obrazı da bu baxımdan istisna təşkil etmir.
Qaynaqlar
1.Seyidov M. Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı: Yazıçı, 1989, 496 s.
2.Qeybullayev Q. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1994, 248 s.
3.Kırzıoğlu M.F. Dede Korkut Oğuznameleri. I kitab. Atatürk Kültür Merkezi Başkanlığı. Maltepe-Ankara: 2000, 224 s.
4.Dədə Qorqud jur., / Elmi-ədəbi toplu. II (7). Bakı: Səda, 2003, 185 s.
5. Kitabi-Dədəm Qorqud (əla lisane-taifeyi-Oğuzan) / Tərtib edən Ş.Cəmşidov. Bakı: 1995, 174 s.
6.Əbülqazi Bahadır xan. Şəcərei-Tərakimə (Türkmənlərin soy kitabı) / Rus dilindən tərcümə edən, ön söz və göstəricilərin müəllifi və
biblioqrafiyanın tərtibçisi İ.M.Osmanlı. Bakı: Azərbaycan Milli Ensiklopediyası NPB, 2002, 146 s.
7.Gökyay O.Ş. Dedem Korkutun Kitabı. İstanbul: 2000, 3589 s.
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər