Milli mətbuat - 150: Həsən müəllimlə söhbət
04-06-2025 [09:51]
Əli Cabbarov,
Naxçıvan Dövlət Universitetinin dosenti
***
Hələ süni intellektin, yaxud internetin deyil, heç radio və televiziyanın da olmadığı bir dövrdə adamların oxumaq, dünyada və məmləkətdə olub-bitənlərdən xəbərdar olmaq marağı edə bir həddə çatmışdı ki, bu zaman baş verən hər hansı siyasi hadisə, yaranan texnoloji yenilik və ya keçirilən mədəni tədbir dövrün qəzetlərini sanki cəmiyyəin orqanik bir parçası halına gətirmiş, qəzet çıxarmaq və oxumaq maarifçilik və yenilik qaynağı kimi elit bir məşğuliyyətə dönmüşdü.
Belə bir dövrdə XIX əsrin ikinci yarısından başlayaraq dünyada sənaye, nəqliyyat, texnologiya və təhsil sahələrində baş verən inkişaf o zamankı Azərbaycan cəmiyyətini, onun aydınlarını da dərindən düşündürürdü. Belə bir şəraitdə 150 il əvvəl, 1875-ci ildə yaranan “Əkinçi” qəzeti hələ Azərbaycan dilində heç bir qəzetin olmadığı dövr üçün milli mətbuatın flaqmanı kimi yaranıb, özündən sonrakı anadilli nəşrlər üçün də məktəb rolunu oynadı. Bu məktəbi görə bilmək, oradakı dərsləri dinləyə bilmək üçün dövlət başçımız Prezident cənab İlham Əliyevin Sərəncamı ilə böyük təntənə ilə qeyd olunan Milli Mətbuatın 150 illik yubileyi ərəfəsində “Əkinçi”nin naşiri Həsən bəy Zərdabi ilə kiçik bir virtual söhbətlə gəlin keçmişə qayıdıq.
Şübhəsiz, Həsən müəllim bir ziyalı kimi XIX əsrin ikinci yarısındakı elmi-mədəni mühiti yaxşı bilən bir maarfçi baxışı ilə o dövrdə Rusiya imperiyasının tərkib hissəsi olan Azərbaycan cəmiyyətindəki problemləri, sadə insanlar arasındakı kütləvi savadsızlığı, orta əsrlərdən qalma feodal qayda-qanunlara, mövhumata və fanatizmə meyli yaxşı görürdü. Cəmiyyətdəki təbəqələşmə, təhsilin rus dilində aparılması və bundan da yalnız varlı təbəqənin nümayəndələrinin bəhrələnməsi o dövrdəki Azərbaycanın tərəqqipərvər ziyalıların dərindən düşündürürdü. Həsən bəy Zərdabi də bu qaranlıq mühitdən çıxış yolunu milli dilimizdəki kütləvi yazıb-oxumaqda görürdü ki, bunun da açarı ana dilmizdə nəşr olunacaq ilk qəzet nəşrindən keçirdi.
Həsən bəy Zərdabinin təsisçiçi və baş redaktoru olduğu “Əkinçi” də məhz belə bir dövrdə yaranmaqla təkcə yeni əkinçilik qaydalarını kəndlilərə aşılamaq, yaxud sağlam yaşamağın yolların öyrətmək deyil, uşaqların və xüsusən də qadınların təhsilli olmaları üçün cəmiyyətə güclü bir impuls vermək, bununla da ideoloji və mədəni inqilaba yol açmaq missiyası daşıyırdı. Bu missiya ziyalıların xalqla dialoqu kimi sonrakı illərdə də daha da genişlənərək mətbu meydanda “Molla Nəsrəddin”çilər, “Füyuzat”çılar yarandı, “Cavanlar həyatı” – (“Şərq qapısı” qəzetinin ilk adı) həyata vəsiqə qazandı. Sonrakı illərdə də xalqın içində yaşamağı bacarmış olan Azərbaycan mətbuatı bununula da Rusiyanın ucqar bir bölgəsindən Cənubi Qafqazın ən güclü iqtisadiyyatına və Ordusuna sahib olan müstəqil Azərbaycanın canlı salnaməsini yaratdı. Ona görə də üzərindən keçən 150 illik bir təkamüldən sonra bu salnamənin səhifələrindəki bəzi tarixi hadisələri Həsən bəy Zərdabi ilə yenidən bölüşmək maraqlı olardı.
Milli mətbuatımızın banisi bu gün yaşasaydı müstəqil Azərbaycan dövlətinin qazandığı qələbələr onun qəzetində Baş redaktor köşəsinin əsas başlıqlarını təşkil edərdi. Həsən müəllimlə söhbət imkanımız olsaydı, şübhəsiz, 1875-ci ildən sonrakı dövr, xüsusən XX əsrin əvvəllərində Rusiya imperiyasının yıxılması, daha sonra SSRİ-nin yaranması və çöküşü, dünyanın altını üstünə çevirmiş iki dünya müharibəsi, hava nəqliyyatının yaranması, kosmosun fəthi və nüvə enerjisinin kəşfi, radio, televiziya, kompyuter texnologiyasının və internetin yayılması onu çox təəccübləndirərdi. “Əkinçi” nin nəşri üçün İstanbula gedib avadanlıq gətirmək üçün kim bilir, neçə gün yol getmiş Həsən müəllmə indi Bakıdan qardaş ölkəyə uçmaq üçün cəmi 2 saat vaxt tələb olduğunu deyə bilsəydik, bu onu nə qədər xoşbəxt edərdi? Yaxud, Azərbaycan - Türkiyə-Pakistan qardaşlığını həmin 150 il əvvəlki dövrdə də yaxşı görmüş böyük maarifpərvər bu gün Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri və Pakistan lideri təyyarəsinin Laçın Beynəlxalq Hava Limanına enişi haqda xəbərləri kim bilir hansı coşqu ilə dərc etdirərdi?!
150 il əvvəl Həsən müəllim də milli məsələdə prinispial olub, “Əkinçi” nin nəşrinə qədər Azərbaycanda və eləcə də Cənubi Qafqazda rus, gürcü və erməni dillərində çıxan qəzet və jurnalların, eləcə də Qarabağa köçürülən erməni ailələrinin sayından yaxşı xəbərdar idi. Bu faktlar haqqında indi ondan soruşmaq imkanmız olsaydı, böyük maarifçi bunu indiki bəzi tarixçilərimizdən və hələ də rus dilini “vopşe”, “tak çto” və “znaçit” kimi sözlər səviyyəsində danışa bilən Azərbaycançılıqdan uzaq bəzi dırnaqarası nizamsız akademiklərimizdən də yaxşı açıqlaya bilərdi. Ancaq ana dilini, onu gözəlliklərini yəqin ki, o dövrdə də yaşamış rusdilli çuşkalardan qorumağı bacarmış Həsən müəllim indi Azərbaycanda hər yerdə dövlət dilinin öz dilmiz olduğunu bilsəydi, böyük ehtimal bunun sevinci altında dilimizi bəyənməyən həmin “donqili” (Naxçıvan dialektində “saxta”) ziyalıların hər birinə bir ədəd qara kişi qalstuku da alıb “skromnıy” hədiyyə edərdi.
Ancaq Həsən müəllim səxavətli və əzmli olduğu qədər də səbrli olduğu üçün məsləkdaşlarına və davamçılarına həmişə qələmin gücü ilə mübarizə aparmağı, azad sözün gücünə inanmağı tövsiyə edirdi. Odur ki, Həsən bəy bu günkü qəzet, radio, televiziya, onlayn media və sosial şəbəkələr formasında yayılan mediamızı izləyə bilsəydi bu qədər geniş imkanların yaratdığı gücü hamıdan yaxşı görə bilərdi. Və 150 il əvvəlki “Əkinçi”si ilə xalqı maarifləndirməyi düşündüyü kimi o, bu gün də işıq sürətilə yayılan medianın vəzifəsinin insanlara qida, su qədər vacib olan xəbəralma tələbatının ödənilməsi olduğunu heç düşünmədən deyərdi.
Alim işıq, ziya, maarif deməkdir. Uca Allah məzarını nurlu etsin Həsən bəy Zərdabinin! Onun 150 il əvvəl başlatdığı “Əkinçi”nin işığı bu gün də Azərbaycanın haqq səsini bütün dünyaya çatdırmağa və Azərbaycan reallıqlarını dünyaya əks etdirməyə çatır. Milli mətbuatımız Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsini daim yaşadıb təbliğ edən, dövlət başçımız Prezident İlham Əliyevin çıxışlarını, səfərləri və görüşləri haqda xəbərləri kütləvi olaraq dünyaya yayan ideoloji bir ordu kimi də dövlətmizə, xalqımıza layiqincə xidmət edir. Odur ki, əgər bir möcüzə də baş verib Həsən bəyə Ordumuzun böyük Qarabağ Zəfəri və Xankəndindən gələn azan səsi xəbərlərini də verə bilsəydik, bu, onu sonsuzadək rəhmətə qovuşdurardı.
Ruhun şad olsun, böyük maarifçi insan!
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər