Əli Nağıyevin kadrına daha bir ittiham, Nizamidə zeytun ağacları susuzluqdan yanır

img

15-08-2014 [13:09]


Dövlət büdcəsindən son illər ölkənin su təsərrüfatına milyardlar yatırılsa da yenə də əyalətlərdən həyəcanlı xəbərlər gəlir və əhali öz əkin sahələrini, həyətyanı bağ-bağçalarını suvarmağa su tapa bilmədiklərindən şikayətlənirlər.

Bəla burasındadır ki, Bakının özündə su problemi yaşanmsa da bəzən məmur səhlənkarlığı elə bir mənzərənin yaranmasına səbəb olur ki, insanlar nə baş verdiyini anlamaqda çətinlik çəkirlər. Etiraf etmək lazımdır ki, Oğuz-Bakı su kəməri istifadəyə verildikdən sonra Bakının bütün rayonları fasiləsiz su ilə təmin olunub. Di gəl ki, bəzən park və yaşıllıqların az qala susuzluqdan tüstülənməsinin şahidi oluruq... 

Nizami rayon icra hakimiyyəti binasının az qala 100 metrliyində, Neftçilər metrosundan üzü aşağı Rüstəm Rüstəmov küçəsi boyunca uzanan iki yol arasındakı ensiz parkdakı yüzlərlə zeytun ağacı və nə vaxtsa salınmış qazon demək olar ki, susuzluqdan tamam yanaraq sıradan çıxıb. 
Moderator.az-ın əməkdaşı axşam saatlarında həmin ərazidə olub və orada istirahət edən insanların şikayətlərini dinləyib. İnsanlar birmənalı olaraq deyiblər ki, ən azı yay girəndən həmin ərazidəki ağacların və qazonun sulandığını kimsə görməyib. 

Görünür, icra başçısı işçilərinə nəzarəti zəiflətdiyindən bu işə cavabdeh olanlar həmin ərazini yaddaşlarından siliblər və hər şeyi Allahın ümidinə buraxıblar...(moderator.az).

Xatırladaq ki, Nizami rayonunun icra başçısı sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin yaxından dəstəyi ilə vəzifə pillələrində sürətli yüksəlişə nail olan Tahir Budaqovdur.





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA