13-08-2014 [04:51]
Ölkədə fəaliyyət göstərən mobil operatorların fırıldaqları, abonentləri aldatması, istifadəçiləri şirnikləndirici vədlərlə müflis etməsi haqda artıq dəfələrlə məlumat vermişik. Yalan vədlər, keyfiyyətsiz xidmət, insanları müəyyən yollarla aldadıb onlardan əlavə pul almaq artıq mobil operatorlarda ənənə halını alıb. Xarici ölkələrdə fəaliyyət göstərən mobil operatorlardan fərqli olaraq, ölkəmizdə fəaliyyət göstərən mobil operatorların qarşılarına qoyduqları əsas məqsəd "kim müştəridən daha çox pul qopardı”, "kim kimi daha çox aldatdı” prinsipinə əsaslanır.
Bu mənada "bizə yaxın olmağa” çalışan "Bakcell” mobil operatoru bütün rəqiblərini geridə qoyaraq yeni "cin çıxarma” oyunlarını davam etdirir. Hər dəfə min bir bəhanə, min bir fırıldaqla abunəçini aldadan şirkət indi isə yeni oyunbazlıqlara əl atıb. Belə ki, "Bakcell” istifadəçilərinin sözlərinə görə, telefon danışıqları zamanı əlaqə qeyri-müəyyən səbəbdən kəsilir. Məsələnin maraqlı tərəfi isə ondan ibarətdir ki, belə qırılmalar, əlaqənin qeyri-müəyyən səbəbdən kəsilməsi daha çox şirkətin təqdim etdiyi "Doğma CİN” və "Əla cin” tarifində özünü göstərir ki, bu da şirkət tərəfindən abonentlərin çibinə girməkdən başqa bir şey deyil.
Bildiyiniz kimi, "Əla CİN” tarifinə əsasən, "Bakcell” abunəçiləri şəbəkədaxili zənglərin bir saatına görə cəmi 7 qəpik ödəyirlər. Zəng intervalı isə 1 saat hesablanır. Başqa sözlə bu xidmətdən yararlanan abunəçi şəbəkədaxili zənglər üçün 7 qəpik ödəməklə 1 saat sərbəst danışa bilər. Yəni istifadəçi başqa bir "cin” nömrə ilə əlaqə qurduqda 1 saniyə, 1 dəqiqə və ya 1 saat danışmasından asılı olmayaraq, balansından 7 qəpik çıxılır. Beləliklə "Əla CİN” tarifindən istifadə etdikdə qısa zənglər şirkətə, uzun zənglər isə istifadəçiyə sərf edir. Amma çox təəssüf ki, bu sahədə də şirkət öz fırıldaqlarını əsirgəmir.
Belə ki, "Əla CİN” tarifindən yararlanan abunəçilərin sözlərinə görə, digər "cin” nömrəyə zəng etdikdə normal qaydada 1 saat danışmaq mümkün deyil. Əlaqə hər 10-15 və hətta 5 dəqiqədən bir kəsilir və istifadəçi məcbur olub yenidən zəng etdikdə buna görə balansından əlavə 7 qəpik silinməli olur. Şirkətin irəli sürdüyü qaydalara əsasən, bir saat danışıq üçün 7 qəpik ödəməli olan abunəçi "Bakcell” şirkətinin "səyi” nəticəsində 14, 21, 28, 35 və daha çox qəpiklər ödəməyə məcbur olur. "Əla CİN” tarifi ilə daha bir "yenilik” isə ondan ibarətdir ki, ilk vaxtlar bu tariflə edilən zənglər 10 saniyəyə qədər davam etdikdə balansdan 2 qəpik, 10 saniyədən 1 saata qədər davam etdikdə isə 7 qəpik çıxılırdı. Lakin şirkətin "səyi” nəticəsində sonradan bu qaydalar da aradan qalxdı. Hazırda "Əla CİN” tarifində zəngin dəyəri müddətdən asılı olmayaraq, 7 qəpik hesablanır.
Amma bütün fırıldaqlara rəğmən, şirkət yeni qaydalar haqda təbii ki, istifadəçilərini məlumatlandırmalı idi. Belə bir məlumatın verilməməsi isə tək abunəçinin cibinə girmək deyil, bu həm də şirkətin öz abunəçilərinə olan sayğısızlığının göstəricisidir...
Eyni yarıtmaz hal şirkətin "Doğma CİN” tarifində də hökm sürür. Həmin tarifə əsasən isə şəbəkədaxili zənglərin 1 dəqiqəsi 2 qəpik, şəbəkəxarici zənglərin isə 1 dəqiqəsi 4 qəpik təşkil edir. Maraqlı cəhət də elə bundan ibarətdir. "Əla CİN” tarifində olduğu kimi, "Doğma CİN” tarifindən yararlanan abunəçilər də əlaqənin tez-tez kəsilməsindən şikayətlənirlər. Belə hallar isə daha çox şəbəkəxarici zənglərdə özünü göstərir.
İstifadəçi 1 dəqiqə üçün 4 qəpik ödəməli olduğu halda, əlaqənin itdiyinə görə yenidən zəng etməli olur ki, bu da balansdan əlavə vəsaitlərin çıxılması ilə nəticələnir. Başqa sözlə, anlaşıqlı, sadə və loru dildə desək, "bizə yaxın olmağa çalışan” şirkət istifadəçilərindən daha çox pul qoparmaq üçün belə bir fırıldaqçı və biabırçı metoda əl atıb. Hər halda heç kimə sirr deyil ki, telefon danışıqları zamanı əlaqənin qeyri-müəyyən səbəbdən kəsilməsi şirkətin istifadəçini aldadaraq daha çox pul qazanmaq istəyinin tərkib hissəsidir(Publika.az).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi