TANRILAR MEŞƏSİ, yaxud 21319 nömrəli məhbus... - İBRAHİM RÜSTƏMLİ YAZIR
02-05-2025 [22:05]
İbrahim RÜSTƏMLİ
***
Bax elə indinin özündə də yazı masası arxasında əyləşib ürəyimdə narahat-narahat vurnuxan bir suala cavab axtarıram: bu qədər kövrək, həsas və kübar təbiətilə romanın içindən, əslində isə sərt düşərgə əzablarından ikinci dəfə adlayan adam axı necə sağ qala bilib!?
Söhbət Balis Sruoga və onun “Tanrılar meşəsi” əsərindən gedir. Mən sizə Litva ədəbiyyatı tarixində mühüm yer tutan nasir, şair, tərcüməçi və teatrşünas Balis Sruogadan danışıram. O, universitet professorudur. Hər gün tələbələri qarşısında bir-birindən maraqlı mühazirələr oxuyur, emosionallığı seçilən lirik ifadə tərzi ilə yaradıcı təfəkkür, azad və müstəqil insan haqqında zəngin təəssürat oyadır və onların ürəyinə yol tapır.
Müəllifi Ştutthof alman konslagerinə aparan “günah”ı da və törətdiyi “cinayət”ə görə çəkdiyi cəzası da elə buradan başlayır. Onu tələbələrinin alman ordusuna çağırışdan yayınmasında, bununla da, III Reyxin “şanlı” gələcəyinə biganə münasibətdə ittiham edirlər...
Tanrılar meşəsi – Baltik dənizinin sahilinə sığınan və Ştutthof qəsəbəsinin yerləşdiyi ərazinin tarixi adıdır. Yerli sakinlərin ta qədimdən verdiyi adla tanınsa da, sonradan faşizm ideologiyasının hər gün daha çox uzanan əli ilə öz xarakter və mahiyyətini kökündən dəyişdi. 1939-cu ildə hakimiyyətə itaətsizlik göstərən polyakları “ağıllandırmaq” məqsədilə Tanrlar meşəsində konslager yaradıldı. Əraziyə yeni “tanrı”lar gəldi...
O vaxtdan ta 1942-ci ilin sonunadək Ştutthof konslagerində cəza çəkən 20 mindən artıq məhbusun 18 mini insanlıq adına ləkə gətirən ən iyrənc üsullarla qətlə yetirildi. Yalnız iki mini ya başqa düşərgələrə köçürüldü, ya da təsadüf nəticəsində sağ qala bildi. Onlardan biri də Balis Sruoga idi...
Əslində, Balis Sruoganın düşərgə həyatı 1943-cü ildən başlayır və müharibənin son gününədək davam edir.
Qəti qənaətimdir: müəllif iki il ərzində yaşadığı olmazın əzab və istirabları, həyacan və təhlükə dolu anları gələcəyə inam və ümidinin yedəyində günümüzədək daşıya bilib.
“Tanrılar meşəsi” alman konslagerləri haqqında yazılmış dünya memuar ədəbiyyatı tarixində öz orijinallığı ilə seçilən və yadda qalan əsərlərdəndir. Viktor Franklın “Həyata “hə” demək”, Hezer Morrisin “Auşvits döyməçisi”, yaxud Aleksandr Soljenitsının “İvan Denisoviçin bir günü”, Varlam Şalamovun "Kalım hekayələri" kimi düşərgə həyatından bəhs edən böyük ədəbiyyat nümunələrilə nəinki eyni sırada dayanır, hətta bir çox bədii məziyyətlərilə təşəbbüsü ələ alır – önə keçir. Onda hər bir səhnə, hər bir obraz orijinaldır, həyati və tarixidir; öz adı ilə verilib – SS qatillərindən tutmuş məhbuslar arasından seçilən kapolara və “cani”lərə qədər.
“Tanrılar meşəsi”ni bədii-sənədli ensiklopediya adlandırmaq istəyimin arxasında dayanan əsas faktlardan biri də budur. Onu böyük məmnuniyyətlə həm arqo sözlərin düşərgəsi, həm də “barokka mədəniyyəti” ilə “baraklar mədəniyyəti” arasında gedən böyük savaş da adlandırardım...
Öldürücü sarkazm, sərt istehza və ironiya, yumor dolu kinayə, zəngin kalambur və aforizm, məsxərə, şarjlı təsvir və daha nələr, nələr. Özü də harada!? Dirilərin ölülərə qibtə etdiyi yerdə!!.
Onlardan bəzisini orijinaldan diqqətinizə çatdırmaqla müəllifin və düşərgə həyatının xarakterini göstərməyə çalışacağam:
“-Balis, möhkəm ol! – İki səs məni evdən yola saldı. Bu səslərdə o qədər dərin istirab və hədsiz bir məhəbbət vardı ki, onların müşayiəti ilə hətta dar ağacına da rahatca qalxmaq olardı...”
“Qərara gəlmək üçün düşərgədə qalan məhbus o qədər gərgin götür-qoy edirdi ki, nəhayət, özünün tərəddüdlü düşüncələrilə bigə krematoriyanın bacasından azadlığa çıxırdı...”
“Bisavad məhbusları öyrədən xeyirxah Srayder taxta ilə onların qulaqlarına, təpiklə qarnına bilgilər ötürür, hamını yumruqla, qamçı və çubuqla başa salırdı...”
“Midiriyyətin inamını qazanmaq, müstəqil düşərgə respublikasında karyera qurmaq və məhbuslar arasında nüfuz qazanmaq istəyirsənsə, başqalarını, ələlxüsus təzə gələnləri yaxşıca kötəklə!”
“Politse komandasında məhbus sümükləri qupquru küknar şaxları tək şaqqıltıyla qırılıb tökülürdü!..”
Əsər haqqında danışmaqla bitən deyil. Amma bəzi dostlarımıza ədəbiyyat tənqidçisi olmadığımı zərif notlarla xatırlatmaq istəyirəm. Təqdimatlarımın özəyində kitab təbligatı ilə yanaşı, həm də müəllif tanıtımı xüsusi yer tutur. Mənim işim oxucuları tətikləməkdir.
Bunula belə, əsəri dilimizə son dərəcə mükəmməl bir şəkildə çevirən dostumuz Mahir Həmzəyevə və onu nəfis formatda çap edən “NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzinə böyük hərflərlə minnətdarlığımı bildirirəm.
Azərbaycan oxucusunu Balis Sruoga və “Tanrılar meşəsi” ilə ilk dəfə görüşüdürdüklərinə görə...
Sonda diqqətinizə çatdırmağı özümə borc bildiyim bir mətləb də var: bu düşərgədə keçmiş sovet əsirləri içərisində əzab çəkən azərbaycanlılar da var...
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər