Ölkəyə gətirilən maşınlarla bağlı yeni qaydalar - Siyahı

img

12-08-2014 [13:42]


Dövlət Gömrük Komitəsi (DGK) Avro-4 standartlarına cavab verməyən avtomobillərin Azərbaycana müvəqqəti gətirilməsi zamanı gömrük rəsmiləşdirilməsi üçün tələb olunan təsdiqedici sənədlərin adını açıqlayıb.

 DGK-nın verdiyi məlumata görə, qeyri-rezident fiziki şəxslər tərəfindən xarici ölkələrdə daim qeydiyyatda olan Avro-4 ekoloji norma və standartlarına uyğun olmayan avtonəqliyyat vasitələri və onların qoşquları (yarımqoşquları) Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti olaraq gətirilərkən gömrük orqanlarına təqdim olunan təsdiqedici sənədlər bunlardır: 

1. Bəyannamə

2. Pasport

3. Avtonəqliyyat vasitəsinin mənsub olduğu ölkədə daimi qeydiyyatda olmasını təsdiq edən sənəd (dövlət qeydiyyat şəhadətnaməsi)

4. Avtonəqliyyat vasitəsi mülkiyyətçi tərəfindən deyil, digər şəxs tərəfindən istifadə olunduqda həmin şəxs barəsində verilmiş vəkalətnamə

5. Avtonəqliyyat vasitəsi viza rejimi tətbiq olunan ölkələrdən gətirildikdə viza və ya tələb olunduğu halda şəxsə Azərbaycan Respublikasında müvəqqəti yaşama üçün verilmiş icazə vəsiqəsi və ya müvəqqəti olma müddətinin uzadılması haqqında qərar.

Qeyd edək ki, Azərbaycanda Avro-4 standartları 2014-cü il 1aprel tarixindən etibarən tətbiq olunur.

anspress.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA