Əhalini ən çox aldadan şirkətlər - “Kontakt Home”, “Baku Electronics”, "Temu" və... - Ekspert şərhi
12-04-2025 [10:09]
“2025-ci il başlayandan bəri AİB-ə 100-ə qədər şikayət ünvanlanıb. Onun əksəriyyəti telefon zəngləri şəklində daxil olub. Azərbaycanda 5 ilin şikayət palitrasına nəzər salsaq, görərik ki, ən çox ”trend" olan texniki cihazlardan olan şikayətlərdir.
Bura mobil telefonlar, məişət avadanlıqları və digər məhsullardan olan şikayətləri aid edə bilərik. Sanki bu işlə məşğul olan firmalar arasında istehlakçıları aldatmaq uğrunda “böyük yarış” gedir".
Bu sözləri Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov modern.az-a geniş müsahibəsində deyib. Onun sözlərinə görə, “Kontakt Home”un başçılıq etdiyi dırnaqarası yarışda onu “Baku Electronics” və digər şirkətlər təqib edir:
“Qeyd edək ki, bu sahədə fəaliyyət göstərən biznes qurumları arasında haqqında şikayət az olanlar da var. Məsələn, ”İrşad Telekom" və “Music Gallery” buraya aid edilə bilər. İkinci yerdə onlayn ticarətdə istehlakçı hüquqların pozulması gəlir. Burada da birinci yeri “Temu” tutur. Bunun sübutu olaraq ofisimizdə nümunələr də var. İstehlakçı saat sifariş edir, üzərində saat şəkli olan lövhə gəlir və s. Son illər artan xətt üzrə davam edən şikayətlər marketlərlə bağlıdır. Bu məsələdə də müxtəlif palitra mövcuddur. Burada birinci yerdə piştaxta və kassada qiymətlərin fərqli olmasıdır".
Göründüyü kimi, mütəxəssis kifayət qədər tanınan firmaların adlarını çəkib. Sosial şəbəkələrdə yayılan vətəndaş şikayətlərində də sözügedən mağazalar şəbəkələrindən narazılıqlara daha çox rast gəlmək olar. Xüsusən də “Kontakt home”dan kütləvi şikayətlər olur.
Bu narazılıqlara hansı amillər səbəb olur? Niyə şirkətlər öz nüfuzunu və reputasiyasını qorumaq barədə fikirləşmirlər?
Mütəxəssislərin fikrincəbir , sıra iri mağaza şəbəkələrinin reputasiyalarını qorumağa yetərincə önəm verməmələrinin arxasında bir neçə amil dayanır:
Nəzarətsizlik və boşluqlar: İstehlakçı hüquqlarını qoruyan qanunvericilik olsa da, onun icrası zəifdir. Dövlət qurumları tərəfindən ciddi monitorinq və cəza tədbirləri həyata keçirilmədiyi üçün şirkətlər öz bildikləri ilə hərəkət edirlər.
Tələb-təklif balansı: Bazarda rəqabət zəif olduğu üçün vətəndaşın alternativ seçimi azdır. İstehlakçılar eyni şirkətlərdən alış etməyə məcbur qalır və bu da həmin şirkətlərdə məsuliyyət hissini azaldır.
Qısa müddətli mənfəət hədəfi: Bir çox firma uzunmüddətli brend etibarı əvəzinə, qısa müddətdə maksimum gəlir götürməyə fokuslanır. Bu isə istehlakçı məmnuniyyətinin arxa plana keçməsinə səbəb olur.
Süni imic yaratmaq cəhdləri: Bəzi mağazalar reklam və sponsorlu tədbirlərlə özlərini nüfuzlu brend kimi təqdim etməyə çalışsalar da, real istifadəçi təcrübəsi və məmnuniyyəti bu imicə uyğun gəlmir.
Beləliklə, məsuliyyətsiz satıcılar artdıqca, alıcının inamı bir o qədər azalır. Bu isə ümumi bazar mədəniyyətinə ciddi zərər vurur.
Mia.az xəbər verir ki, mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a danışıb:
“Söhbət əgər texniki avadanlıqlardan gedirsə, əlbəttə ki, belə mağazalar üçün keyfiyyət tam onların üzərində deyil.
O baxımdan ki, sözügedən mallar bir qayda olaraq xaricdə istehsal olunur. Təbii ki, şirkətlər həmin məhsulları alıb ölkədə müştərilərə satırlar. Doğrudur, şirkətlər həmin məhsulları alarkən yoxlamalıdırlar, amma yenə də istənilən avadanlığın, məsələn, telefonun hansısa qüsurlarını vətəndaş onu işlətməyənə qədər bilməyə bilər. Onun satışını həyata keçirən ticarət şəbəkəsi də bəlkə heç bu qüsurdan xəbərsizdir. Amma hər bir belə avadanlığın bir qayda olaraq zəmanət müddəti var, bu müddət 1 ildir, bəzən daha uzun olur. Bu müddəti ya mağazaya istehsalçı verir, ya da istehsalçı ilə Azərbaycandakı ticarət şəbəkəsi arasında olan digər xarici bir şirkət zəmanət verir”.
Onun fikrincə, bəli, bəzi hallarda ticarət şəbəkəsinin günahı olur, bəzən isə onların özləri də bilmirlər ki, satdıqları mallarda qüsur var: “Amma bu halda vətəndaş nə etməlidir? Qanunvericiliyimizə görə, 14 gün ərzində vətəndaşın ixtiyarı var ki, həmin məhsulu qaytarsın və ya onun keyfiyyətli məhsulla əvəz olunmasını mağazadan tələb etsin. Hətta əgər 14 gün keçibsə və bu müddətdən sonra qüsur aşkar olunubsa, yenə də mağaza bir il ərzində həmin qüsuru aradan qaldırmaq üçün təminat verməlidir. O ki qaldı bir məhsul sifariş edirsən, başqası gəlir, bəli, bu zaman birbaşa həmin mağazanın günahıdır. Burada artıq istinad edə bilməzlər ki, bu istehsalçının günahıdır və sairə. Bu, birbaşa onların öz diqqətsizliyi ilə bağlıdır. Bəs niyə bu baş verir? Ona görə ki, Azərbaycanda hamımız şahidiyik ki, bu bazar getdikcə inhisarlaşır. Hətta bir neçə brend adı altında çıxış edən ticarət şəbəkələri əslində bir əldə cəmləşir. Belə olan halda onlar bilirlər ki, onsuz da alıcının başqa yolu yoxdur, gəlib yenə də onlardan alacaq. Əlbəttə ki, kimsə xarici ölkəyə gedib-gəlirsə, oradan özü üçün nəsə alıb gətirə bilər, amma əksəriyyət buradadır. Azərbaycan xalqının çoxu ya xaricə heç vaxt getməyib, ya da nadir hallarda gedib. Belə olan təqdirdə biz inhisarlaşmanın bütün mənfi təzahürlərini görürük. İnhisarlaşanda müəssisə üçün artıq müştəri məmnuniyyəti əsas olmur. Onlar ucuz işçi axtarır, daha az maaş vermək, amma daha çox qazanmaq istəyirlər. Bu da həm işçilərin keyfiyyətli xidmət göstərməsinin azalmasına gətirib çıxarır, həm də əvvəllər bir işi 10 nəfər görürdüsə, indi onu 6-7 nəfər görür.
Bu halda nə etmək lazımdır?
Bu halda vətəndaş 14 gün ərzində məhsulun dəyişdirilməsini tələb edə bilər. Həmçinin Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə də şikayət edə bilər. Həmin ticarət şəbəkəsinin cərimələnməsini tələb edə, istehlakçı hüquqlarının pozulmasına dair müraciət göndərə bilər. Bundan əlavə, mənəvi zərərin dəyməsi iddiası ilə məhkəməyə də müraciət etmək hüququ var.
Onu da qeyd edim ki, Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istənilən şikayətə baxır. Üstəlik, çox tez reaksiya verilir və mən şəxsən bunun şahidi olmuşam. Sadəcə bəzi istehlakçılar bu qurumun mövcudluğundan xəbərsizdir. Şikayət etmək lazımdır. Əgər şikayətlər edilsə, tədbirlər də görüləcək və həmin ticarət şəbəkələri də daha ehtiyatlı davranacaqlar".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi