Söhbət teatrdan gedirsə... - Bədii rəhbərin qurduğu “tamaşalar”
08-04-2025 [22:06]
Firuz Mustafa,
Respublikanın Əməkdar incəsənət xadimi
“Humay” mukafatı laureatı
C.Cabbarlı mükafatı laureatı,
Qafqaz Yazıçıları Klubunun üzvü
AYB-nin Dramaturgiya bölümünün rəhbəri
***
Bilənlər bilir, mən kimdənsə və yaxud nədənsə şikayət etməyi heç vaxt xoşlamıram. Çünki bu məsələlərdə “dərinə” getmək xoşagəlməz hadisələrlə sonuclana bilər.
Uzun illərdir ki, elmi və bədii yaradıcılıqla məşğulam. Nəşr olunmuş və olunmamış 100-dən çox kitabın müəllifiyəm. Mənim ardıcıl məşğul olduğum yaradıcılıq sahələrindən biri də dramaturgiyadır. Pyeslərimə 40-dan çox quruluş verilib. Dünyanın bir çox teatrlarında əsərlərim oynanılıb.
Qısa danışmaq, mətləbə keçmək istəyirəm. Təxminən iki il öncə Mehriban Ələkbərzadə böyük ənənəsi olan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına bədii rəhbər təyin olunub. Hazırladığı televerilişlərdən, apardığı reportajlardan dolayı yaxından-uzaqdan tanıdığım bu qadınla vəzifəyə gətiriləndən sonra cəmi bir dəfə görüşüm olub.
Mən uzun illər elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşam. Minlərlə aspirant və tələbəyə dərs demişəm. Həm bir yazı-pozu adamı, həm də bir müəllim kimi insan psixologiyasına az-çox bələdm. Sizi inandırım ki, indiyəcən qarşılaşdığım adamlar arasında bu qədər təkəbbürlü, yekəxana, hikkəli, özündənmüştəbeh, gözü ayağının altını seçməyən, dediyi sözün məsuliyyətini dərk etməyən ikinci bir real personaj, canlı tip, demək olar ki, görməmişəm. Bu cür obrazları yalnız səhnədə görmək olar.
Bəli, qısa söhbət əsnasında belə məlum oldu ki, bu xanım incəsənət aləmində heç kəsi bəyənmir, sevmir, qəbul etmir. Ən böyük rejissor, jurnalist, publisist və hətta, dramaturq məhz onun özüdür. Həmsöhbətinə qulaq asmağı qətiyyən bacarmayan, müsahibinin sözünü mütəmadi kəsən Mehriban xanım daha çox monoloq deməyi xoşlayır. Və görünür bu səbəbdəndir ki, o, teatrı bir “monoteatr” kimi, “bir rejissorun teatrı” kimi idarə etməyə üstünlük verir. Şükür sənə və sənin yaratdığına, Xudaya.
Əsasən öz həmkarlarının mətbuatda gedən yazılarından da görünür ki, bu adam indiyəcən ünsiyyətdə olduğu adamlarla düz-əməlli davrana bilməyib.
Bəli, onun vaxtilə dərs dediyi tələbə, bu günkü aktyor Emil Məlikov haqlıdır: “Vaxtilə Mehriban Ələkbərzadənin magistratura üzrə kurs rəhbərliyindən rəsmi qaydada imtina edərək, başqa bir müəllim tələb etmişdim. Buna da nail olmuşdum. Keçmişindən qazanılmış sevgisizlik travması olan qəddar, narsist bir adamın teatrda rəhbər vəzifədə olması düzgün deyil...”
Bəli, tanınmış aktrisa Məsmə Aslan doğru deyir: “Bu gün mədəniyyət ocağına mədəniyyətdən uzaq bir insan rəhbərlik edir...”
Bəli, məşhur kino və teatr aktrisası Mehriban Xanlarova bədii rəhbərə müraciətində səhv etmir: “Siz şəxsi maraqlarınızı qorumaqla, kollektiv daxilində cavan nəsillə yaşlı nəsil arasında süni qarşıdurmalar yaratmaqla, aktyorlardan tutmuş texniki işçilərə qədər hər kəsə kobud davranmaqla və onları psixoloji basqı, qorxu altında saxlamaqla məşğulsunuz”.
Bəli, rejissor-aktrisa Məlahət Abbasovanın harayı təsadüfi deyil: “Mehriban Ələkbərzadə qısqancdır, xaindir və bu qədər qəddar davranması da psixoloji vəziyyəti ilə bağlıdır. Öz uğursuzluğunun intiqamını sənət adamlarından çıxır... Tamaşaları zəif və plagiatdır..."
Bəli, görkəmli səhnə ustası Əli Nur doğru buyurur: “Mehriban Ələkbərzadə teatrdan içəri girməyə layiq deyil...”
Bu xanımın fəaliyyəti haqqında deyilən iqtibasların sayını yenə artırmaq olar.
Öz çıxışlarında tez-tez filankəs “qəbuluma gəldi”, fəsməkan “qəbulumda oldu”-deyərək qürrələnən bu xanımdan soruşmaq lazımdır: Hansı mədəniyyət qurumunda indiyəcən “qəbul vaxtı” olub? Şəxsən mən indiyəcən Mədəniyyət nazirlərinin, Teatr rəhbərlərinin belə bir ciddi qəbul gününün və ya saatının olduğunu görməmişəm. Bu xanımdan onu da soruşmaq lazımdır ki, vaxtilə çalışdığı qurumlarda- teleradio və universitetdə sədrin, baş redaktorun, rektorun qəbuluna adamlar hansı “qəbul saatlarında” gedirdilər və ya ümumiyyətlə, belə bir “qəbul vaxtı” olurdumu?
“Qəbul vaxti” demişkən, mən özüm də macal tapıb bu dediyim məsələlərdən dolayı bəzi məsul məmurların “qəbuluna” düşmək fikrindəyəm.
Bəli, bu gün böyük sənət məbədi vaxtilə teatrda yanğınsöndürən vəzifəsində çalışmış bir xanımın hikkəsinin qurbanına çevrilməkdədir. Təbii ki, mən hər bir sənəti, o cümlədən yanğınsöndürənlik peşəsini təqdir edirəm. Bu xanımsa, xalq dilində bir qədər obrazı desək, yanğını-odu söndürmək əvəzinə, odun külü ilə oynayır, yəni “yaxşı” tamaşa hazırlamaq əvəzinə “yaxşı” intriqalar yaratmaqla məşğul olur.
Dram əsərlərinin əsas kvintessensiyasını-özəyini intriqalar, kolliziyalar, ziddiyyətlər təşkil edir. İstedadlı rejissorlar bu incə məqamı yaxşı anlayırlar. Amma çox vaxt səhnədə ziddiyyətlərlə dolu həyatı təqdim edə bilməyənlər, ziddiyyətləri real həyatda yaratmaqda peşəkar olurlar.
Belə düşünürəm ki, tezliklə Mehriban Ələkbərzadənin fəaliyyətinə düzgün qiymət veriləcək.
P.S. Bəlkə də kimlərsə dodaq büzüb irad bildirəcək ki, axı qadını tənqid etmək düzgün deyil. Zənnimcə elə məsələlər var ki, orada cinslə bağlı söhbət ola bilməz, xüsusən də sənətlə bağlı paradiqmaların qiymətləndirilməsində. Bəli, indiki halda mədəniyyətimizin mühüm bir sahəsindən, teatrdan söhbət gedir.
P.P.S. Bu yazını mediadan əvvə öz səhifəmdə təqdim etməyi qərara aldım.
MİA.AZ
Yazı müəllifin feysbuk hesabından götürülüb.
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər