Nazirlik yenə maşın payladı

img

08-08-2014 [13:35]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 32 nəfəri Böyük Vətən müharibəsi, 23 nəfəri Çernobıl AES və 45 nəfəri hərbi xidmət əlili də daxil olmaqla ümumilikdə 100 nəfər əlilliyi olan şəxs "Naz-Lifan" markalı minik avtomobili ilə təmin olunub.

Nazirliyin ictimayyətlə əlaqələr şöbəsindən Mia.az-a daxil olan məlumata görə, bu ilin aprelindən indiyədək 1300 nəfərə minik avtomobilləri verilib. Bunlardan 677 nəfəri Qarabağ müharibəsi və 20 Yanvar əlili, 623 nəfəri Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxslərdir. 2014-cü ilin əvvəlinədək növbədə olan digər şəxslərə də bu ayın sonunadək avtomobil verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, indiyədək qeyd olunan təbəqələrdən olan 5 106 nəfər əlilliyi olan şəxs dövlət hesabına xüsusi nəqliyyat vasitəsi ilə təmin edilib.

Məlumata görə, 2014-cü ilədək mənzil növbəsinə dayanmış, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, ümumilikdə 5 731 nəfər əlil və şəhid ailəsinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi həyata keçiriləcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA