“Ulduz” şokolad və karamel fabriki iki beynəlxalq qida sərgisində Azərbaycanı təmsil edəcək

img

07-08-2014 [15:23]


Cari ilin sentyabrın 15-18 tarixlərində "Ulduz” şokolad və karamel fabriki iki beynəlxalq qida sərgisində iştirak edəcək.

Mia.az-a "Veysəloğu" MMC-nin ictimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, Moskvada keçiriləcək "World Food Moscow 2014” və Tehran şəhərində keçiriləcək "13th Iran International Confectionery Fair” sərgilərində "Ulduz” şokolad və karamel fabriki ölkəmizi keyfiyyətli və müxtəlif çeşidli məhsuları ilə təmsil edəcək.

Hər iki sərgi qida ticarəti sahəsində milli brendlərin yayılması və qarşılıqlı biznes əlaqələrinin qurulmasında mühüm rol oynayan əsas beynəlxalq sərgilərdəndir.

Qeyd edək ki, Avropanın ən qabaqcıl avadanlıqları ilə təchiz edilmiş "Ulduz” şokolad və karamel fabrikində istehsal edilən məhsullar dünyanın 20-dən çox ölkəsinə ixrac olunaraq hər il Almaniya, Rusiya, BƏƏ-də keçirilən nüfuzlu beynəlxalq sərgilərdə ölkəmizi qida sektorunda layiqincə təmsil edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA