Benzinin bahalaşması ilə bağlı - Rəsmi açıqlama

img

06-08-2014 [12:45]


Premium Avro-95” benzini Azərbaycana xaricdən idxal olunur və onun qiyməti dövlət tərəfindən tənzimlənmir. MİA AzerTac-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası məlumat verib.

Məlumatda qeyd olunur ki, ötən ilin dekabrın 2-də avtomobil benzininin pərakəndə satış qiymətləri Aİ-92 markalı benzin üçün 70 qəpik, Aİ-95 markalı benzin üçün 80 qəpik müəyyən olunub. Həmçinin Nazirlər Kabinetinin 2014-cü il 31 mart tarixli qərarına əsasən, ölkəyə idxal olunan Avro-5 ekoloji normalarının tələblərinə uyğun oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına aid edilməyib. Bu, "Premium Avro-95” və "Super Avro-98” benzininin daxili bazarda sərbəst qiymətlərlə satışına imkan verir.

Qeyd edək ki, ölkəyə xaricdən gətirilən "Premium Avro-95” benzininin qiyməti 4 qəpik artaraq 97 qəpik olub. Qiymət artımına istehsalçı ölkələrdə və dünya bazarında neftin qiymətində baş verən bahalaşmanın təsir göstərdiyi bildirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA