05-08-2014 [11:49]
"Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun hələ SSRİ dövründən mövcud idi. Sadəcə, həmin dövrdə sığortanın məbləği aşağı idi. 1991-ci ildən başlayaraq qanun dekret formasında qəbul olundu, 1997-ci ilə qədər şəhid ailələrinə verilən sığortanı tənzimləyən qanun təkmilləşdirildi və məbləğ artırıldı. Azərbaycan öz müstəqilliyini bərpa edəndən bu günə qədər qanun qüvvədə olub, bu gün də öz qüvvəsini saxlayır”.
Bunu Moden.az saytına "Azərsığorta” ASC-nin İdarə Heyəti sədrinin 1-ci müavini Aftandil Hacıyev bildirdi.
Onun sözlərinə görə, ilk qəbul olunduğu dövrlərdə sığortanın məbləği 50 min, 100 min, (o dövrün pulu ilə-red.) sonra isə 200 min manat olub. Müraciət əsasında bütün şəhid ailələrinə müəyyən olunmuş məbləğlər ödənilir”.
Aftandil Hacıyev onu da vurğuladı ki, müəyyən olunmuş məbləği almaq üçün vaxtında müraciət etmək lazımdır: "Qanuna görə, şəhid ailəsi hadisə baş verəndən sonra 3 il müddətində müvafiq quruma müraciət etməlidir. Əks təqdirdə həmin məbləğdən məhrum olunurlar”.
"Azərsığorta” sədrinin 1-ci müavini deyir ki, əvvəllər Konistutisiya Məhkəməsinin rəyi əsasında 3 il ərzində müraciət etməyən şəhid vərəsələrinə də həmin sığorta pulunun verilməsini tələb edirdi.
İndi də elə şəhid ailələri var ki, hadisə baş verəndən sonrakı 3 il müddətində sığorta pulunu ala bilməyiblər və problemin həlli üçün çıxış yolu da tapa bilmirlər. Bununla bağlı Modern.az saytına müraciət edən şəhid ailələri var. Onlar övladları şəhid olandan sonra 3 il müddətinə müraciət etmədiklərindən, indi sığortapulunu ala bilmirlər.
"Sadəcə olaraq məsələyə Milli Məclisdə baxılıb müvafiq qərar qəbul olunmalıdır. Yalnız bundan sonra həmin məbləği ala bilməyənlərin probleminə aydınlıq gətirilə bilər”-deyə Aftandil Hacıyev bildirdi .
Məlumat üçün qeyd edək ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa görə, hər bir hərbi qulluqçu dövlət tərəfindən 110 manat ödənilməklə 11 min manat məbləğində sığorta edilir.
Həmin Qanunun 3-cü maddəsinə əsasən hərbi qulluqçuların sığortaçısı "Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətidir və həmin Şirkət hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasını həyata keçirir.
Bu qanuna görə, hərbi qulluqçu şəhid olarsa, onun vərəsəsinə 11 min manat sığorta pulu ödənilməlidir.
Ölüm halında sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri Azərbaycan Respublikası Dövlət sığorta Kommersiya Şirkətinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə ölüm şəhadətnaməsini, vərəsəlik hüququnu təsdiq edən sənədi təqdim etməlidir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi