Teymur Əşrəf: "Bu addımların atılması, xüsusilə kölgə iqtisadiyyatı ilə mübarizəyə dair..." - VİDEO
03-03-2025 [00:24]
Xəbər verdiyimiz kimi, ölkənin iqtisadi həyatının maraqlı hadisəsi olan Vergi Mühasibatlıq Zirvəsi 3-cü dəfə tanınmış maliyyəçiləri, iqtisadçıları, mühasibləri bir yerə yığdı və mövzuya dair hər şeydən ətrafl danışdılar.
Mia.az-ın məlumatına görə, dövlət qurumları, özəl sektor, media nümayəndələri Davos formatına oxşar panel müzakirələrdə bütün diskussiyalara açıq oldular. Biz media orqanı - Mia.az saytı olaraq təşkilatçılara informasiya dəstəyi göstərdiyimizdən çox məmnun olduq.
Aylardan bəri çox yaxşı piarı təşkil olunan tədbirə biz təbii ki, öz baxış bucağımızdan baxmasaydıq, olmazdı. Nəzərə alsaq ki, bu tədbirdə iştirak ödənişli əsaslarla mümkün idi, onda hamı razılaşar ki, belə halda pul verib gələnlərin tədbirdən gözləntiləri daha bir neçə pillə yuxarı qalxır. Heç şübhəzsiz ki, tədbir təşkilatçıları mövzuya dair mühüm sualları gün işığına çıxarmağı bacardı. Dövlət qurumlarını təmsil edən şəxslərin panel diskussiyalarda rahatlığı da diqqətimi cəlb elədi. Şablondan uzaq olmaq özü də bir yenilikdi, məncə.
Amma nə gizlədim, tədbirin əsas mövzularından biri olan, ölkədə vergi siyasəti sahəsində son illərdə dinamik dəyişikliklərin olduğu və bəzən bu dinamikanı izləməkdə çətinlik çəkdiyimiz zamanda mövzuya dair diskussiyaların auditoriya ilə yalnız QR kod yoluyla əlaqələndirilməsinin effektiv olmadığı qənaətindəyəm. Məmurlara bu qədər yaxın olmaq varkən, canlı ünsiyyətin təşkili niyə bu qədər qəliz olsun ki? Sualı canlı olaraq verməyin nə problemi var?
Bir mikrofon qoyursan ortaya, insanlar yaxınlaşır sözünü deyir. Random olaraq seçilən suallara mən heç isti baxmıram. Əgər tədbir onlayn, uzaq məsafədən idarə olunan olsaydı, onda başqa məsələ. Üçüncü paneldə sual yazdım spikerlərə, heç səsləndirmədilər. Düz qarşımda oturan adama sual vermək imkanının olmamasını indi gəlin, mənə texniki baxımdan izah edin. İnanmaram heç bir izaha. Suallar onunçündü ki, hamı eşitsin və cavabdan faydalansın.
Belə böyük piarı olan tədbirdə gender balansının qorunmamasından da təəssüfləndim. 3 böyük panel disskusiya, 11 spiker, 3 moderator və bunların arasında cəmi bir xanım. O da özəl sektor təmsilçisi. Bu ölkədə vergi, maliyyə, mühasibatlıq sahəsində dövlət fəaliyyətində qadınlar iştirak etmirmi? Niyə biz onları belə tədbirlərdə görmürük?
Soruşdum bunun səbəbini, əlbəttə. Moderator dedi ki, martın 4-də başqa bir tədbir var, orada qadınlar toplaşacaq. Yəni, kişilərin məclisi ayrı, qadın məclisi ayrımı? Anlamadım. Mənim, əslində, sualım elə diskussiyaların yeganə qadın spikerinə idi, onu da yuxarıda dediyim kimi, heç səsləndirmədilər.
Anlaşılan odu ki, vergi və mühasibatlıq fəaliyyətinin müzakirəsi yolunda Zirvəyə yolumuz hələ çoxdu.
Tədbirin təşkilatçılarından olan “Good Finance” şirkətinin vergi məsləhətçisi Teymur Əşrəf isə Mia.az saytına müsahibəsində diskussiyalardan razı qaldığını bildirib:
- Tədbiri təşkil etməkdə məqsədimiz vergi və mühasibatlıq sahəsində yeniliklərlə ictimaiyyəti tanış etmək idi. Bilirsiniz ki, son 3 ildə müxtəlif dəyişikliklər olub, biz istədik ki, həmkarlarla rahat müzakirələr açaq, şəbəkələşmə imkanlarına baxaq.
- Sizcə, ölkəmizdə kiçik və orta sahibkarların biznes şəraitinin qorunması üçün hansı dəyişikliklərə ehtiyac var?
- Bunun üçün ölkə qanunvericiliyində mütəmadi olaraq yeniliklər edilir. Bu addımların atılması, xüsusilə kölgə iqtisadiyyatı ilə mübarizəyə dair həyata keçirilən fəaliyyət daha normal, daha güclü rəqabət mühitinin yaradılmasına xidmət edəcək.
Zülfiyyə Mustafayeva
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi