Üç pərdəli tragikomediya - Əli Cabbarov yazır
24-02-2025 [19:27]
Əli Cabbarov,
Naxçıvan Dövlət Universitetinin dosenti
***
II Dünya müharibəsindən sonra qurulmuş dünya düzəninin çoxdan pozulduğu, etik və beynəlxalq hüquq qanunlarının işləmədiyi hazırki qlobal siyasət dövründə Rusiya-Ukrayna arasındakı 3 ili tamam olan hazırkı savaşı buradakı baş rolların ifaçıları, pərdəarxası suflyorların maraqları və qanı tökülən insanların faciələri baxımından tam bir “Üç pərdəli tragikomediya” adlandırmaq mümkündür.
70 illik oraq-çəkic dövründə beynimizi yormuş “xalqlar dostluğu” şüarının əksinə olaraq tarixi düşmənçilikləri bəlkə də IX əsr Kiyev rus dövləti dövründən başlanan bu iki slavyan köklü xalqın son faciəsinə komedya janrında quruluş verib dünyanın da tamaşasına çıxaranlar üçün bu müharibə artıq iki maklerin ucuz faiz davasına bənzəməkdədir.
Hələ soyuq müharibənin yenicə bitdiyi və təkqütblü dünyada kimin hakim olacağı düşünlüdüyü zaman 90-cı illərdə Hantinqton tərəfindən irəli sürülmüş “sivilizasiyaların çöküşü” nəzəriyyəsində yeni dünyadakı münaqişələrin proqnozu verildiyində kimsə mədəniyyətlərin identifikasiyasını ayıran bəzi rənglərin 30 il sonra necə qarışacağını düşünə blmirdi. Avropanın ABŞ-dan hərbi, Rusiyadan isə enerji asılılığına son qoyması, keçmiş SSRİ respublikalarının Rusiyanın geosiyasi və hərbi təsirindən xilas olması, neft və qazla zəngin ərəb dünyasının hələ də bir araya gələ bilməyərək təsir altında qalması fonunda tam əksinə Türkiyə və Azərbaycan öndərliyində Türk dünyasının yeni bir güc qazanıb ayrı bir dünya gücünə çevrilməsini açıqca görməkdəyik. Soyuq müharibə illərində Vyetnam, Koreya, İran-İraq müharibəsi və Əfqanıstan üzərində bir-birlərinə güc sınayıb, bundan sonra İraqın işğalı, Suriyanın 14 illik vətəndaş müharibəsi və Qafqazdakı münaqişələr ilə bunu davam etdirən axmaq ayı ilə çoxbilmiş köstəbək oynadıqları son oyun ilə bu dəfə birisi Ukrayna torpaqlarının üstünə, digəri isə torpaq altındakı sərvətələrə açıqca göz dikməkdədir. Soros və USAID pullarından bəhrələnib küçəyə tökülərək milli dövlətçiliyinə qarşı ayaqlanan xalqların xaosunu fürsət bilən London əsilli ssenaristlərın hazırladığı, baş rollarını isə Putin və Zelenskinin oynadıgı bu tragikomediyada hər iki tərəfdən toplamda 2 milyona yaxın insan itikisi və yüz milyardlarla ifadə olunana maddi zərərlər vardır. Müharibə ucbatından Ukraynadan köçkün düşən, Rusiyadan isə rejim təzyiqindən qaçan insanların sonrakı taleyini, bir zamanların turizm cənnəti olmuş Krımın vəziyyətini, iki ölkə arasında mövcud olmuş sıx əlaqələrin qırılması və ən mühümü isə iki slavyan xalq arasında əkilmiş düşmənçilik toxumlarının meyvələri nəticəsində dəyəcək zərərləri isə zaman göstərəcək.
Hazırda Ukrayna üzərindən Rusiyanı qış yuxusuna tumarlayıb əvəzinə Qrenlandiya və Kanada nəzarətindəki Şimal qütbünə çıxışı nəzarətə götürmək istəyən Trampın yeni biznes planları bu tragikomediyanın ən gülməli səhnələrindən biridir. Buna rəğmən, Amerikadakı dərin dövlətin və strateji müttəfiqi Britaniyanın cızdığı qırmızı xətləri qətiyyən tapdalaya bilməyərək Rusiyaya heç zaman tam güzəş etməyəcəyini də yaxşı bilən respublikaçı lider Avropanı, xüsusən Makronu da qorxutmağı qarşısına qoymaqla sanki bir az ciddi aktyor olaraq sələfi qoca Baydenin komik personaj tipindən uzaq durmağa çalışır. Görünən odur ki, Çinə qarşı qlobal savaşı uduzduğunu hiss edən və Rusiya-Çin yaxınlaşmasından ciddi narahat olan Ağ Evin yeni sahibinin Putinlə son söhbətinin kulislərdə pıçı-pıçı dolaşan stenoqramları doğru imiş. Sən demə, bu ikili arasındakı telefon söhbətinin pərdə arxasında nə Ukraynada, nə də Rusiyada öldürülən insanlar deyil, bir an öncə müharibəni hansı yolla olursa olsun bitirib, yüksələn dünya nəhəngi Çinə qarşı ittifaq qurmaq və hətta kim bilir yaxın gələcəkdə dəbdəbəli ərəb kurortlarının birində birgə istirahət etmək planları da müzakirə olunub. Nədən olmasın?!
Lakin 2017-2021-ci illərdəki ABŞ-a rəhbərliyi dövründə də gözlənilməz qərarları ilə o dövrdəki “Amerikanı yenidən güclü edək!” şüarının boşa çıxdığını da unutmayan Trampla və bu müharibədə çəpgöz Şimali Koreya əsgərlərinə və bir abbası dəyərindəki əmmammade dronlara möhtac qalan Putinin gizli sövdələşməsini çox qısa müddətdə çözən tamaşaçılar bu tragikomediyanın birinci və ikinci pərdəsindəki səhnələri də yaxşı xatırlayırlar. 10 il əvvəlki Kiyev Avromaydanı və ondan sonrakı məlum proseslər, yarım milyardlıq yaxtaları həbs olumuş rus mənşəli oliqarxlar, Kiyev yaxınlığında rusların məhv etdiyi əfsanəvi “Mriya” təyyarəsi, ukraynalı döyüşçülərin Qara dənizdə batırdığı “Moskva” hərbi gəmisi, 2022-ci ilin 24 fevralından sonra Amerikanın avropali və bütün digər müttəfiqləri ilə birgə Rusiyaya qarşı sanksiyaları daha da genişləndirib onu öz mağarasına həbs etməsi, vaqnerçilərin Putinə qarşı uğursuz çevriliş cəhdi və Moskvadakı terror aktları yaxın keçmişdəki oynanan səhnələrin yaddaqalanlarındandır. Ukrayna prezidenti Volodimir Zelensiknin əvvəlki komik səhnə perfomansından çox uzaqda olsa da üç gündə bitməsi planlanan müharibənin ilk günlərindəcə ssenaritstlərin planlarını pozub onu üç ilə qədər uzatması və Rusiyanın ordu gücünü zəflətməsi isə bəzilərinə görə daha da ağır faciə, bəzilərinə görə isə qurbanlar bahasına da olsa Xeyirin Şər üzərində qələbəsi kimi qiymətləndirilir. Hər halda son sözü tamaşaçı deyəcək!
Ölkəmizdən yüzlərlə kilometr uzaq məsafədə aktiv döyüşlərin getdiyi Rusiya-Ukrayna müharibəsi birbaşa da olmasa Azərbaycandan da yan ötüşməmişdir. 2014-cü ildə Krımın ilhaqına cavab olaraq Rusiyanın neft gəlirlərinin azaldılması məqsədilə Qərbin tətbiq etdiyi qlobal qiymət oyunu nəticəsində Azərbaycan manatı da iki dəfə devalvasiya olunmuş, əvvələr Sovet dövründə hər iki ölkə ilə mövcud olmuş bir sıra əlaqələr, xüsusən də enerji tranziti layihələrinrin pozulması nəticəsində ölkəmizin iqtisadiyyatına da ziyan dəymişdir. Dövlət başçımızın uzaqgörən siyasəti nəticəsində Rusiyanın Ukraynaya hücumu birbaşa olaraq Azərbaycanın milli təhlükəsizliyinə zərbə vurmasa da əvəzində, hər iki ölkənin vətəndaşları olan soydaşlarımızın bu müharibə zamanı həlak olması, yaralanması, yaxud buradakı əmlakının, biznesinin zərər görməsini də xalqımız və dövlətimiz ciddi narahatlıqla qarşılayır. Vladimir -Volodimir arasındakı savaşın ölkəmizə qarşı vurduğu ən böyük zərbə isə təəssüf ki, ötən ilin dekabrın 25-də Rusiya hava məkanında, Qroznı səmasında AZAL-a məxsus mülki təyyarənin Rusiya HHM tərəfindən vurulması və nəticdə 38 nəfərin həyatına son qoyulması oldu. Hər nə qədər Rusiya rəsmilərinin və onlara yaxın medianın ört-basdır etməsinə baxmayaraq dövlət başçımız Prezident cənab İlham Əliyevin bu məsələyə birbaşa nəzarəti ilə Azərbaycanın haqlı mövqeyi qorunub müdafiə olundu, həlak olan təyyarə ekipajı üzvləri Milli Qəhrəmanlarımız elan olunub, Rusiya qarşısına rəsmi üzrxahllıq və təzminat tələbi qoyuldu.
Bütün müharibələrin bir sonu vardır və gec-tez zamanı gələndə bütün müharibələri başladan, onunla öz məqsədlərinə çatmağı planlayanlar öz layiqli cəzalarına çatıblar. Tarix təkrarlanır, — deyənlərə inansaq, bu gün Ukrayna Azərbaycanın 1994-cü ilə qədər yaşadığı acı dolu günlərini yaşamaqdadır. Görünən odur ki, SSRİ dağılandan sonra milli dövlətçiliyini qura bilməmiş, bu dövlətçiliyə işıq tutan layiqli liderini hakimiyyətə gətirə bilməmiş Ukraynanın da yaşadığı bu tragikomediyanın da sonunu gətirəcək və bir zərbəsi ilə boğazında Krım boyda armud qalmış ayını öldürəcək dəmir yumruqlu liderə ehtiyacı vardır.
MİA.AZ
BMT Baş katibindən ABŞ-ın Venesuelanı mühasirəyə almasına - Reaksiya
İsrail tarixinin ən böyük qaz anlaşmasını müsəlman ölkəsiylə imzaladı: 35 milyard dollarlıq - Netanyahu növbəti sürpriz vəd edir
"Limitsiz azadlıq heyvanlara məxsus bir keyfiyyətdir" - Aparıcıların efirə seksual geyimlə çıxmalarına etiraz böyüyür (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti tapıldı
Qərbi Kaspi Universitetinin dövlətə borcu 5 dəfə artıb
Putin generallarla görüşdə niyyətini açıqladı: "Rusiya tarixi ərazilərinin hərbi yolla azad edəcək"
Rövşən Nəcəf Qətərə yollanıb
Sahibə Qafarova Aİ rəsmisi ilə nəyi müzakirə edib? - Görüş + FOTO
Kənan Yıldız "Yuventus"dan ayrılır? - İki klub danışıqlara başlayıb
Türkiyə futbolunda daha bir yenilik - Transfer müddəti dəyişib
BMT: "Qəzzaya təcili humanitar yardım çatdırılmalıdır"
Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha bir AXCP funksioneri saxlanılıb?
Əli Əsədov ikili diplom proqramı barədə sərəncam imzalayıb - CƏDVƏL
Sabiq nazirin qızı üzr istədi - Açıqlama
"Açıq ürək əməliyyatı olmalıyam, sabaha ümidim yoxdur, buraxacaqsınızsa..." - Sabiq məmur məhkəmədə
"MTV" kanalına ciddi xəbərdarlıq olunub
Qətərin Baş prokuroru Azərbaycana səfərə dəvət olunub
Rəsmi Tehran ABŞ-a çağırış etdi: "Əgər bizə zərbə olsa, o zaman..."
"Nə qədər yaramaz və şərəfsiz olasan ki..." - Musa Musayev yazır
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyət müddəti bitib - XİN-də görüş olub
MEDİA-nın Müşahidə Şurası iclası keçirib - FOTO
Polis əməliyyatı: 3 nəfər 47 kq narkotiklə tutulub
ABŞ-Venesuela müharibəyə addım-addım yaxınlaşır - Tramp qərar verdi, Karakas və BMT-dən xəbərdarlıq gecikmədi
BOKT-un vəzifəli şəxsləri cərimələnib
QƏBULA HARAM QATANLAR KİMLƏR OLUB? - DİM buraxılış və yaz qəbul imtahanlarında dələduzluq edənlər barədə elə faktları açıqladı ki...
Prezident İlham Əliyev BƏƏ-də - FOTOLAR (Yneilənib)
Sabah hava necə olacaq? - Proqnoz
Zakir Həsənov generalı Levent Ergünü qəbul edib - Açıqlama
DÇ-2026: FIFA oyunlara 60 dollarlıq biletləri satışa çıxardı
Maliyyə Nazirliyi ofis icarəyə götürəcək - 1.2 milyona
Tramp daha 5 ölkəyə səyahət qadağası qoydu - Səbəb + SİYAHI
Axtarışda olan Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb
Naxçıvanlılar Biləsuvar gömrük postundan niyə buraxılmır? - VİDEO