2025-ci ilin yanvar ayının iqtisadi gostəriciləri haqqında qısa xülasə... - Sabiq nazir yazır
21-02-2025 [10:47]
Saleh MƏMMƏDOV,
Professor, sabiq Maliyyə naziri
***
Dövlət statistika komitəsi yanvar ayının iqtisadi inkişaf nəticələrini elan etmişdir. Ürək açan bir nəticə yoxdur. Əsas iqtisadi inkişaf göstəricilərinin, demək olar ki, hamısında gerilik var.
Bu gerilik, həm nəzərdə tutulan faktlar üzrə və həm də keçən dövrun göstəricilərinə görə nəzərə çarpır. Ümumi daxili məhsulun (ÜDM) həcmi üzrə hökumətin proqnoz göstəricisinə görə 4% geriləmə var, keçən ilin müvafiq dövrünə nisbətən 1% düşmə qeyd edilmişdir.
Bu da o qədər təhlükəli meyl deyil, yəni müvəqqəti artım da ola bilər, azalma da, sağlam iqtisadi sistem olarsa bunu qısa zaman ərzində aradan qaldırmaq olar.
Daha təhlükəli meyllər iqtisadiyyatı daha dərin böhrana sürükləyir və qarşısı alınmaz problemlər ortaya çıxara bilər:
1. Təmiz istehlakçı cəmiyyət qurulur və bütün cəhdlər istehlak tələbinin ödənilməsinə yönəldilir. Yaradıcılıq parametrləri sıfır vəziyyətinə endirilmişdir. Yanvar ayı bu meylin ciddi gücləndirilməsini göstərir. Yaradıcılıq əsasən əsas kapitala investisiyaların və elmi-texnoloji investisiyaların artırılması hesabına nail oluna bilər. Hər iki göstərici sürətlə azalmaqda davam edir. Yanvar ayında əsas kapitala investisiyalar 50% azalmışdı, onların ÜDM -da payı isə Azərbaycan tarixində görünməmiş səviyyəyə 8,3%-ə düşmüşdur. Bu rəqəm Əfqanıstanda 17%, Gürcüstanda 32, Ermənistanda 33%-dir. Ayrılan vəsaitlər də əsasən istehlak xarakterli (mənzil tikintisi, infrastruktur və s.) obyektlərin qurulmasına yönəldilmişdir. 2024-cu ildə elm və inkişaf xərcləri 1980-ci ilin analoji göstəricisindən 4 dəfə azdır. Kəskin investisiya qıtlığı büdcədə 1,7 milyard büdcə artıqlığı şəraitində baş verir. Problem vəsait çatışmazlığında deyil, sistemin qurulmasındadı. Bu da daha bir meylin baş verməsini göstərir.
2. Bu meyl üzrə söhbət dövlətin iqtisadiyyata lüzumsuz müdaxiləsindən və kəskin dövlət inhisarının formalaşmasından gedir. Son dövrlər bu meyl xeyli güclənmişdir. Büdcənin gəlirləri və xərcləri müvafiq olaraq 116 və 136% artmışdır, vergi mənbəyi 1% azalmışdı. Özəl sektorun əlində hətta qəpik-quruş qalmayıb ki, yenidən investisiya etsin və yeni vergi obyekti yaratsın. Əsas məsələlərin tənzimlənməsi 90%-i dövlətin əlində (maliyyə, bank, valyuta, qiymətqoyma, tenderlər və s.) cəmlənmişdir ki, bu da bütün digər dövlətlərdə olduğu kimi korrupsiyanın, rusvətin, çiçəklənməsinə, pul resurslarının səmərəsiz istifadə olunmasına gətirib çıxarır. Şəxslərin əlində qalan pul dövlətin sərəncamına keçən puldan 3-4 dəfə daha güclüdür, daha səmərəlidir və daha böyük nəticə verir. Bu yalnız Azərbaycanda deyil, bütün ölkələrdə belədir.
3. Daha bir təhlükəli meyl, xarici sektorun inkişafının da istehlakcılıq siyasətinə yönəlməsidir. İdxal sürətlə artır, ixrac azalır.2024-cu ildə ixrac 10% azalmis, idxal isə 22% artmisdir. İxracın 96-97%-i xammal, idxalın bir o qədəri istehlak yönümlü mallardır. İxrac məhsullarının həcmi sürətlə düşməkdə davam edir. İdxala ehtiyac artır. Bir neçə ay əvvəl iqtisadiyyatın dərin islahatlara ehtiyacı olduğunu zəruri hesab etmişdik, 15 ən təcili tədbirlər haqqında hökumətə məlumat vermişdim. Bu prosesin mənbəyi proqnozlardan irəli gəlir və onlardan doğan problemdir. Hələ o vaxt belə nəticələr gözlənilirdi. Hesab edirəm ciddi islahatlar həyata keçirmək çox zəruridir.Bu islahatları həyata keçirmək, iki rəqəmli artım səviyyəsinə nail olmaq üçün bu ölkədə hər cür imkan və şərait var. Sadəcə bu ölkənin iqtisadiyyatını xaosdan xilas etmək lazımdır
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər