Baş nazir Artur Rəsizadə yeni qərar verdi

img

03-08-2014 [16:22]


Azərbaycanda əhaliyə şəxsi mənzil tikintisi üçün torpaq sahələrinin ayrılması prosesinin və mənzil tikintisi üçün kreditlərin verilməsi sisteminin təkmilləşdirilməsinə, tikinti materiallarının qiymət və keyfiyyətinə nəzarət gücləndiriləcək.

Nazirlər Kabinetinin məlumatına görə, bütün bunlar Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2014-2015-ci illər üçün imzalanan Baş Kollektiv Sazişdə qeyd olunub.

Sənəddə qeyd olunub ki, müəssisə və təşkilatların vəsaiti hesabına tikilmiş mənzil sahəsinin işçilər arasında bölüşdürülməsi (paylanması) haqqında nümunəvi qaydalar hazırlanıb qəbul olunmalıdır.

Müəssisə və təşkilatların mənzilə ehtiyacı olan işçilərinin mənzillə təmin edilməsinin təşkili və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 28-ci maddəsinə uyğun olaraq qəza vəziyyətində olan yaşayış sahələrinin (mənzillərin, binaların) mülkiyyətçi orqanları (nazirlik, komitə, birlik və digər) tərəfindən tədricən yararlı vəziyyətə gətirilməsi və burada yaşayanların təhlükəsizliyi təmin edilməlidir.

Bildirilib ki, eyni zamanda ipoteka kreditlərinin verilməsi şərtlərinin sadələşdirilməsinə nail olmaq və onun üzərində birgə nəzarət təşkil edilməlidir.
ANS PRESS 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA