Ölüm yatağında o sarsılmaz iradəsini hər kəsə göstərən "Yetim İlyas"...
17-02-2025 [22:59]
Elxan Şükürlü,
Ədalət Partiyasının sədr müavini
***
... Uşaqlığında ona "Yetim İlyas" deyərmişlər. Çünki o, 6 aylığında olanda, milis atasını qaçaqlar öldürmüşdü...
Müharibə başlayanda isə dayısını əsgər apardıqlarından, anası Mələk xanım qardaşının da uşaqlarına baxmaq üçün iki körpə övladını - İdrisi və İlyası da götürüb, kəndə qayıtmışdı...
"Yetim İlyas" ləqəbini də elə burada - kənddə qoymuşdular...
Heç kim inanmazdı ki, gün gələcək, bu "Yetim İlyas" nəinki Azərbaycanda, dünyanın ən nəhəng ölkəsi sayılan SSRİ-də belə, ən ciddi söz, nüfuz sahiblərindən biri olacaq, bütün hüquqşünasların arzuladığı ən böyük zirvələri fəth edəcək - Azərbaycan SSR prokuroru, SSRİ Prokurorluğunun həbsxanalara nəzarət idarəsinin rəisi, müstəqil Azərbaycanın Ədliyyə naziri, hüquq elmləri doktoru olacaq; daha sonra isə Ədalət Partiyasını yaradaraq, ədalətli bir cəmiyyətin qurulması uğrunda mübarizə aparacaq!
Bütün bu nailiyyətləri isə o "Yetim İlyas" yalnız həyat uğrunda amansız mübarizədə formalaşmış güclü xarakterinin, sarsılmaz iradəsinin və ağır zəhmətinin hesabına əldə edəcəkdi!
... O, 3 aydan çox ölüm yatağında da o sarsılmaz iradəsini hər kəsə göstərdi: bir cəsur oğlunu - Etimadı namərd gülləsiylə itirmiş, onunla son anda halallaşmamışdı deyə, qürbətdə yaşayan ikinci oğlunun - Mətinin gəlib çıxmasına, əlini tutmasınadək ölümə təslim olmadı. Dözdü, dözdü, dözdü... Nəhayət, bu gün - fevralın 17-də o da hər kəsin dadacağı ölümə təslim oldu...
Dostlar, jurnalistlərimizin çoxsaylı sorğularına cavab olaraq, bildirirəm ki, cənazə sabah saat 11.00-da Heydər Məscidindən götürüləcək. İlyas müəllim, vəsiyyətinə uyğun olaraq, Nardaran qəbristanlığında, mərhum oğlu Etimadın yanında dəfn ediləcək. Yas mərasimi isə 20 fevralda Heydər Məscidində olacaq.
Allah İlyas müəllimə və dünyasını dəyişən əzizlərimizə rəhmət eləsin!
BMT Baş katibindən ABŞ-ın Venesuelanı mühasirəyə almasına - Reaksiya
İsrail tarixinin ən böyük qaz anlaşmasını müsəlman ölkəsiylə imzaladı: 35 milyard dollarlıq - Netanyahu növbəti sürpriz vəd edir
"Limitsiz azadlıq heyvanlara məxsus bir keyfiyyətdir" - Aparıcıların efirə seksual geyimlə çıxmalarına etiraz böyüyür (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti tapıldı
Qərbi Kaspi Universitetinin dövlətə borcu 5 dəfə artıb
Putin generallarla görüşdə niyyətini açıqladı: "Rusiya tarixi ərazilərinin hərbi yolla azad edəcək"
Rövşən Nəcəf Qətərə yollanıb
Sahibə Qafarova Aİ rəsmisi ilə nəyi müzakirə edib? - Görüş + FOTO
Kənan Yıldız "Yuventus"dan ayrılır? - İki klub danışıqlara başlayıb
Türkiyə futbolunda daha bir yenilik - Transfer müddəti dəyişib
BMT: "Qəzzaya təcili humanitar yardım çatdırılmalıdır"
Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha bir AXCP funksioneri saxlanılıb?
Əli Əsədov ikili diplom proqramı barədə sərəncam imzalayıb - CƏDVƏL
Sabiq nazirin qızı üzr istədi - Açıqlama
"Açıq ürək əməliyyatı olmalıyam, sabaha ümidim yoxdur, buraxacaqsınızsa..." - Sabiq məmur məhkəmədə
"MTV" kanalına ciddi xəbərdarlıq olunub
Qətərin Baş prokuroru Azərbaycana səfərə dəvət olunub
Rəsmi Tehran ABŞ-a çağırış etdi: "Əgər bizə zərbə olsa, o zaman..."
"Nə qədər yaramaz və şərəfsiz olasan ki..." - Musa Musayev yazır
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyət müddəti bitib - XİN-də görüş olub
MEDİA-nın Müşahidə Şurası iclası keçirib - FOTO
Polis əməliyyatı: 3 nəfər 47 kq narkotiklə tutulub
ABŞ-Venesuela müharibəyə addım-addım yaxınlaşır - Tramp qərar verdi, Karakas və BMT-dən xəbərdarlıq gecikmədi
BOKT-un vəzifəli şəxsləri cərimələnib
QƏBULA HARAM QATANLAR KİMLƏR OLUB? - DİM buraxılış və yaz qəbul imtahanlarında dələduzluq edənlər barədə elə faktları açıqladı ki...
Prezident İlham Əliyev BƏƏ-də - FOTOLAR (Yneilənib)
Sabah hava necə olacaq? - Proqnoz
Zakir Həsənov generalı Levent Ergünü qəbul edib - Açıqlama
DÇ-2026: FIFA oyunlara 60 dollarlıq biletləri satışa çıxardı
Maliyyə Nazirliyi ofis icarəyə götürəcək - 1.2 milyona
Tramp daha 5 ölkəyə səyahət qadağası qoydu - Səbəb + SİYAHI
Axtarışda olan Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb
Naxçıvanlılar Biləsuvar gömrük postundan niyə buraxılmır? - VİDEO