Hüseynqulu Bağırovu yoxladılar, nəticə Milli Məclisə göndərildi

img

01-08-2014 [20:04]


Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. 


İclasda dövlət büdcəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin Mühafizəsi departamentinə ayrılan vəsaitlərin istifadəsinə dair audit tədbirinin nəticələri üzrə hesabat və rəy müzakirə olunaraq müvafiq qərar qəbul edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya iclasının qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dövlət ekspertiza idarəsi tərəfindən büdcədənkənar (xüsusi) vəsaitlərin və dövlət rüsumlarının hesablanılması və ödənilməsinin qanunvericiliyə uyğunluğuna, dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar (xüsusi) vəsaitlərin istifadəsinə, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin istifadəsinə dair audit proqramları da təsdiq edilib.

İclasda, həmçinin Hesablama Palatasının 2014-cü ilin birinci yarımilliyində fəaliyyəti müzakirə edilib. Palatanın cari ilin İş planına uyğun hesabat dövrü üçün həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələri dinlənilərək müəyyənləşdirilmiş nöqsanların xarakteri və qəbul edilmiş qərarların icra vəziyyəti təhlil olunub.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov görülmüş tədbirlər barədə quruma təqdim edilmiş məlumatlara və post audit tədbirlərinin nəticələrinə əsasən, ümumilikdə, 1,5 milyon manat vəsaitin müvafiq qaydada bərpa edildiyini bildirib. Sədr hesabatın ilinin sonunadək həmin tədbirlər üzrə qərarların icra vəziyyətinin diqqətdə saxlanılması, iş planı üzrə nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı müvafiq tapşırıqlar verib.

İclasda, həmçinin Hesablama Palatası tərəfindən həyata keçirilən "Korporativ və Dövlət Sektorunda Hesabatlılıq” layihəsinin (CAPSAP) 2-ci, 3-cü və 4-cü komponentlərinin icrası üzrə əldə edilmiş nailiyyətlər və qarşıda duran vəzifələr müzakirə olunub(qafqazinfo.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA