Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir - Elxan Şahinoğlu yazır
05-02-2025 [14:16]
Elxan ŞAHİNOĞLU,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri
***
ABŞ Prezidenti Donald Tramp Prezidentliyinin ikinci müddətində ticarət müharibələrinə başlamağı qarşısına hədəf qoyub. “ABŞ bundan sonra axmaq ölkə olmayacaq” deyən Tramp başqa ölkələrə trilyonlarla dollar xərcləməyəcəyini bildirib.
Trampın sözlərinə görə, ABŞ-ın Kanada, Meksika və Çinlə ticarətində böyük kəsiri var. Ağ Ev sahibi bu 3 ölkənin ABŞ-dan 36 trilyon dollar qazandığını iddia edib. Bu iddiaları Kanada, Meksika və Çin qəbul etmirlər. “Global Times” nəşrinin yazdığına görə, Çin ABŞ-ın başlatdığı ticarət müharibəsinə görə üzv olduğu Ümumdünya Ticarət Təşkilatına şikayət edib. Pekin ABŞ-ın Çin məhsullarına yüksək rüsumlar tətbiq etməsindən narazıdır.
Buna baxmayaraq, Tramp seçkidən əvvəl bəyan etdiyi hədəflərindən imtina etmək istəmir. Onun birinci Prezidentliyi dövründə əsas hədəfi Çin idisə, bu dəfə siyahıya başqa ölkələr də əlavə olunub. Tramp birinci növbədə Panama kanalına nəzarəti ələ keçirməyi və Çin şirkətlərini oradan uzaqlaşdırmağı planlaşdırıb. Çin şirkətlərinin kanal ətrafındakı limanları idarə etməsi Trampı ciddi narahat edir. Ağ Ev sahibinin fikrincə, kanaldan keçən ABŞ ticarət gəmilərinə tətbiq edilən yüksək rüsumlar ədalətsizdir. Əslində rüsumlar bəhanədir. Tramp kanalı inşa edən və uzun illər onu idarə edən Amerikanın əvvəlki mövqeyini bərpa etmək istəyir. Görünür, Ağ Ev sahibi hesab edir ki, Çin Panama dövləti vasitəsilə kanal üzərindən ABŞ ticarətini boğmağa çalışır.
Dünya ticarətinin 5 faizi Panama kanalı üzərindən həyata keçirilir. ABŞ ticarət gəmilərinin 40 faizi kanaldan keçməklə limanlara yaxınlaşır. Bu sırada ABŞ birinci yerdə qaərar tutub. Kanaldan istifadəyə görə ikinci yerdə Çin, üçüncü yerdə Yaponiyadır. Kanal 1999-cu ildə Panama dövlətinin nəzarətinə keçib. Bu 25 ildə Panamanın kanaldan istifadəyə görə gəlirləri artıb. 2024-cü ildə Panama kanalından əldə edilən gəlir 5 milyard dollar olub.
Beləliklə, Karib dənizi ilə Sakit okean arasında körpü rolunu oynayan Panama kanalı uğrunda mübarizə şiddətlənib. Panama Prezidenti kanalı ABŞ-a təhvil verməyəcəyini bildirsə də, Vaşinqtonla ortaq məxrəcə gəlməyə hazır olduğunu nümayiş etdirib. Dövlət katibi Marko Rubionun Panamaya səfəri zamanı Çin şirkətlərinin kanal ətrafındakı limanlardan uzaqlaşdırılması mövzusu müzakirə olunub. Ancaq bu asan başa gəlməyəcək. Panama Çin şirkətləri ilə müqavilələrdən birtərəfli şəkildə çıxarsa, Pekin məsələni beynəlxalq məhkəməyə daşıyacaq. Panama kanalından istifadə Pekin üçün həm iqtisadi, həm də geosiyasi əhəmiyyət daşıyır.
Çin Panama kanalından istifadə etməklə Latın Amerikasında mövqelərini gücləndirir. Panama Pekinin təzyiqi ilə Tayvan adasıyla əlaqələri kəsib. Panama Çinin “bir kəmər, bir yol” layihəsinə qoşulub. Ümumiyyətlə bu layihəyə qoşulan Latın Amerikası ölkələrinin say 21-dir. Vaşinqtonun Panama kanalını nəzarətə götürməsi səbəblərindən biri də budur.Bu arada, Trampın Çinlə ticarət müharibəsinə başlaması bu ölkədə iqtisadi fəallığa mənfi təsir edir. Yanvar ayında Çində sənaye istehsalı o biri aylara nisbətən azalıb. Bunu Donald Trampı hakimiyyətə gəlişi və verdiyi qərarlarla əlaqələndirmək olar.
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər