ABŞ-ın Ukrayna sınağı, yaxud senatorları qəzəbləndirən amillər... - Şahin Cəfərli yazır
04-02-2025 [09:00]
Şahin CƏFƏRLİ
***
Trampı inandırıblar ki, Ukraynada qiymətli nadir torpaq elementləri var və həmin metalların əvəzində bu ölkəyə yardımları davam etdirmək olar.
“Biz Ukrayna ilə belə bir sövdələşmə əldə etmək istəyirik: onlar bizim verdiyimiz yardımları alır, biz isə əvəzində nadir torpaq elementləri və digər məhsullarla bağlı təminat alırıq. Onların gözəl nadir metalları var. Mən bu sahədə təhlükəsizliyi təmin etmək istəyirəm”, - deyə Tramp jurnalistlərə bildirib.
Əslində, bu məsələ Ukraynanı aktiv dəstəkləyən respublikaçı Konqres üzvlərinin məsləhəti ilə hələ ABŞ-dakı seçki kampaniyası dövründə Zelenski tərəfindən gündəmə gətirilib. İki ölkə arasında bu sahədə əməkdaşlığa dair müqavilə mətni də hazırlanıb və Ukrayna rəhbərliyi bu sənədi seçkidən sonra yeni administrasiya ilə imzalamağa qərar verib. Ukraynanın dostu olan respublikaçı senator Lindsi Qrem “Fox TV” və digər respublikaçı platformalarda çıxışlarında Kiyevə yardımları davam etdirməkdə ABŞ-ın marağını əsaslandırmaq üçün Ukraynada 7 trilyon dollarlıq (?) nadir torpaq elementləri və digər qiymətli metallar olduğunu vurğulayaraq bildirirdi ki, strateji əhəmiyyətli bu metalların Rusiyanın və ya Çinin əlinə keçməsinə imkan vermək olmaz.
Ukraynada nadir torpaq elementləri əlbəttə ki, var. Söhbət mikroçip, elektromobil, smartfon və digər yüksək texnoloji məhsulların istehsalında, hərbi və kosmik sənayedə, atom energetikasında istifadə olunan litium, kobalt, uran, qrafit, titan və sair metallardan gedir. Lakin məsələ burasındadır ki, bu sahədə kəşfiyyat və hasilat işləri asan və qısamüddətli proses deyil. Müqavilənin imzalanması, ABŞ şirkətlərinin Ukraynaya gəlməsi və lazımi avadanlıqlar, mütəxəssislər gətirməsi, hasilat üçün zəruri infrastrukturun yaradılması, hasilata başlanılması üçün illər lazımdır. Bütün bu işləri Trampın səlahiyyət müddəti dövrünə sığışdırmaq mümkün deyil.
Tramp senator Qremin və Zelenskinin danışdığı bu hekayəyə həqiqətən inanıb, yoxsa öz auditoriyasına “baxın, mən Ukraynaya yardımları Bayden kimi boşuna vermirəm, əvəzində çox vacib şeylər əldə edirəm” deyə bilmək üçün belə davranır, vacib deyil. Vacib olan Ukraynaya ABŞ yardımlarının davam etməsidir. Bu, onu göstərir ki, Trampın çevrəsindəki bəzi adamların ciddi əngəllərinə rəğmən, sistem işləyir.
Yeri gəlmişkən, Tramp çox aqressiv şəkildə ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAİD) “ifşa edən” və bu strukturun ləğvini istəyən İlon Maskın mövqeyini bölüşməyib. USAİD-nin Dövlət Departamentinin tərkibinə verilməsi planlaşdırılır. Bu gün demokrat Konqres üzvləri və senatorlar İ.Maskın özbaşınalığına (özünü prezident kimi aparmasına) qarşı etiraza qalxıblar və xarici yardımların (ümumən istənilən sahəyə maliyyə ayrılmasının) yalnız Konqresin səlahiyyətində olduğunu nəzərə çatdırıblar.
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər