NAZİR MÜŞAVİRİNİ AGENTLİK SƏDRİ TƏYİN ETDİ - Xanım sədri yola saldılar

img

16-01-2025 [10:09]


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri İnarə Vəliyeva vəzifəsindən azad olunub.

Mia.az xəbər verir ki, müvafiq əmrlə bu posta Fərid Osmanov gətirilib.

Yeni sədr indiyə qədər nazir Rəşad Nəbiyevin müşaviri olub.

O, bundan əvvəl isə 2020-2024-cü illərdə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru vəzifəsində çalışıb.

F.Osmanov Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və kredit fakültəsində bakalavr və magistratura səviyyələrini fərqlənmə diplomu ilə, həm də Universitetinin İnformatika və idarəetmə fakültəsini dünya iqtisadiyyatında informasiya texnologiyaları ixtisası üzrə bitirib, daha sonra Böyük Britaniyanın Mançester Universitetində magistr dərəcəsi alıb.

O, 2019-cu ildə Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR