Türkiyə Müdafiə Nazirliyi: "Suriyaya güclü dəstək verəcəyik"

img

16-01-2025 [13:16]


"Suriyada yeni sistem bölgədə sabitlik və təhlükəsizlik üçün mühüm rol oynayacaq"

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Milli Müdafiə Nazirliyinin mətbuat müşaviri, general Aktürk bugünki brifinqdə deyib.

Onun sözlərinə görə, Türkiyə Suriyada daimi təhlükəsizliyin mövcudluğu üçün yeni iqtidara daha güclü dəstək verəcək: "Suriyada sabitlik və qaçqınların geri dönüşü üçün səylərimiz davam edir. Daha əvvəl dediyimiz kimi, Suriyanın müdafiə və təhlükəsizlik imkanlarının gücləndirilməsi, terrorla mübarizə və sair məsələlərdə yeni rəhbərliklə əlaqələr güclənəcək. Suriyanın ərazi bütövlüyü təmin olunacaq. Orada kök salan PYD/YPG/SDF və digər terror təşkilatlarına yer olmayacaq. Bildiririk ki, onları mıhv etmək həm də Türkiyənin qanuni müdafiə haqqıdır".

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR