İstanbulda saxta spirtli içki qalmaqalı: iki nəfər tutulub

img

16-01-2025 [00:31]


İstanbulun Başakşehir rayonunda saxta spirtli içki istehsal edən sex aşkarlanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, həmin obyekt qapadılıb.

Polisdən bildirilib ki, Ziya Gökalp məhəlləsindəki sexdə aşkarlanan içkilər müsadirə edilib: "Sexdə işləyən ii türkmənistanlı haqda həbs qərarı verilib".

Qeyd edək ki, son iki gündə İstanbulda 19 nəfər saxta içkidən zəhərlənərək ölüb.

Samir Musayev
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR