Cənubi Afrikada şok olay: qanunsuz mədəndən daha 78 cəsəd çıxarılıb

img

16-01-2025 [00:14]


Cənubi Afrikanın Şimal-Qərb əyalətində qanunsuz fəaliyyət göstərən "Stilfontein" adlı mədənində gizli işləyən şəxslər zəh\ərləniblər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Cənubi Afrika Polis Xidməti açıqlama yayıb.

Bildirilib ki, iki gün əvvəl polisə mədəndə köməksiz vəziyyətdə qalan mədənçilər tərəfdən zəng edilib: "Onlar ölüm təhlükəsi ilə üzləşdiklərini və xilaslarını xahiş ediblər. Dərhal başlayan xilasetmə əməliyyatı ilə iki gün içində 216 qanunsuz mədənçi xilas olunub. Bununla yanaşı, 78  mədənçinin də cəsədi mədəndən çıxarılıb. Hazırda əməliyyat davam edir".

Yeri gəlmişkən, bundan əvvəl, daha dəqiqi, yanvarın 9-da başqa bir qanunsuz mədəndə 109 mədənçinin cəsədi tapılıb.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR