Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi olub - Açıqlamalar

img

15-01-2025 [19:44]


Bu gün Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, mübadilə çərçivəsində 25 Rusiya və 25 Ukrayna əsgəri dəyişdirilib: "Mübadilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə həyata keçirilib. Danışıqlar prosesi nəticəsində 25 rus əsgərinə qarşı 25 Ukrayna əsgəri  geri təhvil verilib. Sərbəst buraxılan rus əsgərləri Belarusda lazımi tibbi və psixoloji dəstək alırlar”.

Ukrayna prezidenti Vladimir Zelenski də mübadilə haqda danışıb. O, əsirlər arasıda hərbçilərlə yanaşı, mülki vətəndaşların da olduğunu bildirib: "Bu gün 25 əsgərimiz və mülki vətəndaşımız evlərinə dönüb. Onların ağır yaraları və xəstəlikləri var. Onların hər birinə lazımi tibbi yardım göstəriləcək".

Zelenski BƏƏ-yə vasitəçilik səylərinə görə təşəkkür edib.

Zülfiyyə Mustafayeva
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR