"Baksell”dən daha bir fırıldaq

img

30-07-2014 [01:17]


"Baksell” abonentlərinin balansını artırmaq üçün lazım olan kart hələ də satışda yoxdur.

Axar.az xəbər verir ki, 10 günə yaxındır davam edən bu problemin aradan qaldırılacağı barədə məlumat verilsə də, şirkət balansı artırmaq üçün kart satışını hələ də bərpa etməyib. Bu isə abonentlər üçün ciddi narahatlıq yaradır. "Baksell” istifadəçiləri yalnız paypoint və internet üzərindən ödənişlə balanslarını artıra bilirlər.

"Baksell” məlumat mərkəzindən problemin hansı səbəbdən baş verdiyi barədə heç bir açıqlama verməyiblər. Mərkəz sorğuya cavab olaraq problemin yaranma səbəbinin özlərinə də bəlli olmadığı barədə açıqlama ilə kifayətlənib. Həmçinin şirkət iyulun 27-dən kart satışının bərpa ediləcəyi barədə vədini də yerinə yetirməyib.

"Baksell” məlumat mərkəzindən həmçinin bildirilib ki, şirkətin ictimaiyyətlə əlaqələr şöbəsi bayram günü olduğu üçün işləmir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA