Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal
13-01-2025 [15:23]
Tərtərdə 4 sahibkarın əkin sahəsi susuz qalıb. Buna görə də onlara külli miqdarda ziyan dəyib. Amma sahibkarlar Aqrar Sığorta Fondundan sığorta ödənişini ala bilmir.
Buna görə də sahibkarlar “MKT İstehsalat Kommersiya“ MMC-nin “MKT-Tərtər” Filialı ilə aralarında bağladıqları alqı-satqı müqaviləsi üzrə öhdəlikləri yerinə yetirə bilmirlər.
Mia.az Musavat.com-a istinadla xəbər verir ki, Tərtərdə 4 sahibkar pambıq əkini üçün “MKT İstehsalat Kommersiya“ MMC-nin “MKT-Tərtər” Filialı ilə müqavilə bağlayıb.
Müqaviləyə görə xam-pambığın istehsalı üçün “MKT-Tərtər” Filialı zəruri olan vəsaiti, malları və aqrotexniki xidmətləri 4 sahibkara ayırıb. Bununla da müvafiq avans məbləği formalaşdırılıb.
Müqaviləyə əsasən sahibkarlar istehsal olunmuş xam pambığı “MKT-Tərtər” Filialına təhvil verərək qazanc əldə edəcəklərmiş. Amma əkin sahələri yarasız hala düşdüyü üçün qazanc əldə edə bilməyiblər. Bu azmış kimi “MKT-Tərtər” Filialına qarşı müqavilə öhdəliyini də yerinə yetirə bilməyərək borclanıblar.
Sahibkarlar əkinə başlamadan əvvəl Aqrar Sığorta Fondunda kənd təsərrüfatı və bitkiçilik məhsullarını sığortaladıblar. 4 sahibkara ümumilikdə 242880 manat sığorta ödənişi müəyyən edilib.
Sığorta məsələsini həll etdikdən sonra əkinə başlayan sahibkarlar torpağın suvarılması zamanı problemlə üzləşiblər. Daimi su aldıqları “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tərtər Suvarma Sistemləri İdarəsinin balansında olan magistral su kanalından onlara su verilməyib. Səbəb olaraq isə kanalda təmir-bərpa işləri aparılması göstərilib. Əraziləri susuz qaldığı üçün əkinləri məhv olub.
Əkini məhv olan sahibkar sığorta ödənişini ala bilmir. Sığorta ödənişini al bilmədiyi üçün isə “MKT-Tərtər” Filialının pulunu ödəyə bilmir.
Tərəflərin məhkəmə çəkişməsi davam edir.
Qeyd edək ki, “MKT İstehsalat Kommersiya” MMC-nin əsas fəaliyyəti ölkənin 20 pambıqçılıq rayonundan 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi