29-07-2014 [10:58]
Qoci giləmeyvəsi bütün dünyada ən qiymətli dərman bitkilərindən biri hesab edilir. Onun tərkibi kalsium, sink, dəmir, fosfor, qidalandırıcı maddələr, vitaminlər və digər faydalı komponentlərlə zəngindir. Tibet və Himalayın dağlıq ərazilərində yetişən bu giləmeyvə möcüzə yaratmağa qadirdir.
Bu bitkinin müalicəvi xüsusiyyətləri haqqında yorulmadan danışmaq olar. Hətta bu yaxınlarda alimlər sübut etmişlər ki, bu giləmeyvənin tərkibindəki maddələr xərçəng hüceyrələri ilə mübarizədə köməkçi vasitə rolunu oynayır.
Araşdırmalar göstərir ki, bu giləmeyvədən mütəmadi istifadə edənlərin xərcəng, diabet, Alseymer xəstəliyinə yoluxma riski olduqca aşağıdır. Bundan başqa, giləmeyvə ürək-damar sisteminə yaxşı təsir göstərir.
Qocinin ətrafındakı ajiotaj səbəbsiz deyil. Belə ki, onun tərkibindı 21 mineral, 18 amin turşusu vardır ki, onların 7-si insan orqanizmi tərəfindən ümumiyyətlə, istehsal edilmir. Qocinin tərkibində В1, В2, B6 və Е vitamini var. Onun tərkibində С vitamini isə portağaldan 500 dəfə çoxdur. Dəmirin miqdarına görə isə qoci ispanağı kölgədə qoyur. Belə ki, qocidə dəmirin miqdarı ispanaqla müqayisədə 15 dəfə çoxdir.

Alimlər müəyyən ediblər ki, qocidə 4 əvəzedilməz və çox lazımlı polisaxarid (LBP-1, LBP-2, LBP-3, LBP-4) mövcuddur ki, bunlar hələlik başqa qida məhsulunda aşkarlanmayıb. Deməli, bu giləmeyvə təbiətdən insanlara bəxş olunan əsl möcüzədir.
Həkim X.Vunun 2006-cı ildə Yaponiyada apardığı araşdırmadan məlumdur ki, qocinin şirəsində DNK-nın strukturunda dağılmış molekulu bərpa edən güc var. Təsadüfi deyil ki, Himalayda insanlar 100-130 il yaşayırlar. Çinlilər qocidən istifadə edən və 252 il (1678-1930) ömür sürən Li Ken Yenin həyatı haqqında danışmağı sevirlər.
Ümumdünya Səhiyyə Təşkilatı da Çin həkimlərinin qoci ilə bağlı iddialarını təsdiq ediblər. İnsan orqanizmini cavanlaşdıran qoci artıq çəki probleminin öhdəsindən çox məharətlə gəlir. "Uzunömürlülük və gözəllik” giləmeyvəsi piy hüceyrələrini darmadağın edir. Bu da XXI əsrin bəlası olan köklüklə mübarizədə önəmli faktordur.
Qocinin müalicəvi təsiri haqqında ilk dəfə dünya mətbuatında məlumat 2004-cü ildə dərc edilib. Həmin il Avstraliyanın "Bazar" jurnalında giləmeyvənin antisellülit əhəmiyyətindən bəhs edən məqalə dərc edilmişdir. 2005-ci ildə iyulunda Amerikanın "Los Angeles Times" qəzetində dərc edilən məqalədə qeyd olunurdu ki, gün ərzində bir xörək qaşığı bu giləmeyvədən yeyən insan orqanizmi faydalı və lazımlı vitaminlərlə təhciz etmiş olur, xərçəngdən mühafizə olunur.
Çinlilər qocini xoşbəxtlik giləmeyvəsi hesab edirlər. Onların inanclarına görə, o xiffəti və qüssəni dağıdır. Şərqdə onu "izdivac şərab”ı da adlandırırlar. Bu da təsadüfi deyil. Sən demə, qoci potensiyanı yüksəldir, spermatozoidlərin ifrazını yaxşılaşdırır, sürətləndirir. Başqa sözlə desək qoci təbii viaqradır.
Qocinin faydalı xüsusiyyətləri

Bu giləmeyvə bir çox xəstəliklərlə mübarizədə istifadə edilir. Çünki bu bitki geniş spektrli təsir mexanizminə malikdir. Beləliklə, qocinin müntəzəm istifadəsinin yardım etdiyi sahələri açıqlayırıq:
Əhval-ruhiyyəni yaxşılaşdırır, depressiyanı aradan qaldırır;
Çəkinin azaldılmasına təsir göstərir;
Qadın və kişilərdə potensiyanı artırır;
Maddələr mübadiləsini yaxşılaşdırır;
Dərinin elastikliyini artır;
Yuxunun möhkəmlənməsinə xidmət edir, yuxusuzluğun müalicəsində istifadə edilir;
Menopauza dövrünün mənfi nəticələrini aradan qaldırır;
Melatoninin səviyyəsini yaxşılaşdırır;
Dözümlülük və gücün artırılmasında əhəmiyyətli rol oynayır;
Qanda şəkərin səviyyəsini azaldır.
Qocinin müalicəvi təsiri
Bütün sadalanan xüsusiyyətləri sayəsində bu giləmeyvəyə maraq artmaqdadır. Məsələn, hazırda Hollivud ulduzları qocinin cavanlaşdırıcı xassələrindən istifadə edirlər. İdmançılar gücünü bərpa etmək üçün onu rasiona əlavə edirlər.
Giləmeyvə tərkibindəki tiosiantam və qlikozinlatam maddələri sayəsində şiş əleyhinə təsir göstərir. Bu maddələr qaraciyərdən toksinləri xaric edirlər. Hormonal tarazlığı bərpa edir, bu, xüsusilə, ekoloji baxımdan çirkli şəhərlərdə yaşayan şəxslər üçün aktualdır. Giləmeyvə sidik kanalının funksiyasını bərpa edir, sinir sistemini yaxşılaşdırır.
Qocinin ən effektli təsiri onun arıqlamağa göstərdiyi inanılmaz faydasıdır. Onun arıqlama prosesinə hansı formada dəstək verdiyini daha aydın izah etmək məqsədilə giləmeyvənin xüsisiyyətlərini daha dərindən tədqiqinə nəzər salaq.
Arıqlamaq məqsədilə qocinin istifadə edilməsi
Bu giləmeyvədən müntəzəm istifadə edildikdə arıqlama prosesinə təsiri inanılmaz dərəcədə yüksək olur. Çünki bu giləmeyvə maddələr mübadiləsini, qan dövranının yaxşılaşdırır, qanda zərərli xolesterinin səviyyəsinin endirir. Qanda şəkərin səviyyəsini normada saxlayır.

Bundan başqa, müntəzəm istifadə edildikdə metabolizma prosesini yaxşılaşdırır. Tərkibindəki antioksidantlar isə piy hüceyrələrinin dağılmasını sürətləndirir və orqanizmi qüvvə və enerji ilə təmin edir. Bunun sayəsində insan daha dözümlü olur. Məhz bu baxımdan idmanla məşğul insanların bu giləmeyvədən müntəzəm istifadə etməsi tövsiyə olunur.
Elmi tədqiqatlar nəticəsində məlum olub ki, giləmeyvənin tərkibindəkı antioksidantların kütləsi həddindən ziyadə çoxdur. Bu da arıqlama prosesinə güclü təsir edir. Müqayisə üçün qeyd edək ki, qocinin tərkibində antioksidantlar qaragiləyə nisbətən 25 faiz, qəni 2,5 dəfə çoxdur. Çiyələk və mərsin isə qocidən 10 dəfə geri qalır.
Müntəzəm istifadə edildikdə qocinin arıqlamaya təsiri inanılmazdır. Unutmayın ki, qocinin rasiona daxil edənlər nəinki incə belə, gözəl bədən quruluşuna sahib olurlar, həm də daxili orqanların funksiyalarını yaxşılaşdırırlar ki, bununla da sağlam və parıltılı dəriləri ilə öyünə bilirlər.
Diyetoloqlar gün ərzində rasioana 20-30 qram bu giləmeyvədən daxil etməyi tövsiyə edir. Türşməzə dadı olan gilmeyvə saqqız kimidir. Teksturasına görə üzümə bənzəyir. Onu müxtəlif xörəklərə, meyvə salatlarına, suplara, düyüyə, çaya əlavə etmək olar. Qocinin yeməkdən zövq alacağınıza əmin olun!
Diyetoloqlar tərkibində qoci olan pəhrizlər də tərtib ediblər və tövsiyə edirlər ki, arıqlamaq istəyənlər məhz sistemli pəhrizlərdən istidaə etsinlər.
Qoci üçün yaş və cins məhdudiyyəti yoxdur. Ən əsası onun allergiyaya səbəb olması ilə bağlı heç bir məlumat yoxdir. Yalnız süd verən analara, hamilə qadınlara və bədən temperaturu 38 dərəcədən yüksək olanlara əks göstərişdir.
Onu da qeyd edək ki, giləmeyvə Azərbaycandan çox uzaqlarda yetişdirilsə də, ölkəmizə idxal olunur. Amma qiyməti bahadır. Belə ki, 227 qram qurudulmuş qocinin qiyməti 25 manatdır(Tabloid).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi