2025-ci il sülh və quruculuq ili olacaq - ƏLİ CABBAROV YAZIR
04-01-2025 [11:16]
Əli Cabbarov,
Naxçıvan Dövlət Universitetinin dosenti
***
Ötən il dünyada və ölkəmizdə baş verən çoxsaylı hadisələr və yaddaqalan anlar insan həyatı üçün sülh və sivil inkişafın nə dərəcədə həyati və bu baxımdan, qlobal təhlükəsizlik arxitekturasında dövlətlərin məsuliyyətinin nə qədər vacib olduğunu bir daha göstərdi.
Dövlət başçımız, Prezident cənab İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində yola saldığımız 2024-cü ildə dünyadakı mürəkkəb siyasi və iqtisadi konyunktura mühitində Azərbaycanın qazandığı uğurlara toxunaraq hər kəsin arzusunda olduğu qlobal sülh və inkişafın Cənubi Qafqaz üçün də əhəmiyyətini bir daha vurğuladı, öz dövlət suverenliyini bərpa etmiş Azərbaycan Respublikası üçün 2025-ci ilin sülh və quruculuq ili olacağını qeyd etdi.
2024-cü ildə Qazax rayonunun 1990-cı illərin əvvəllərində erməni işğalı altına düşmüş dörd kəndinin azad edilməsi ərazi bütövlüyümüzün bərpası baxımından tarixi bir hadisə olub, 44 günlük müharibədə və birgünlük antiterror əməliyyatında qazandığımız parlaq qələbələrin məntiqi davam idi. Azərbaycan dövləti, onun rəşadətli Ordusu göstərdi ki, ölkəmizin milli maraqları naminə vaxtı gələndə nə lazımdırsa, o da ediləcəkdir. Çoxsaylı havadarlarının dəstəyinə baxmayaraq, Ermənistanı diz çökdürmüş, bununla da dünyadakı oturmuş köhnə daşları yerindən oynatmış Azərbaycan Cənubi Qafqazda yaratdığı yeni reallıqların müəllifi kimi bundan sonra da diplomatik, beynəlxalq və siyasi müstəvidə öz mövqeyini gücləndirəcək. Bu mövqe Ermənistanın silahlanmasına qarşı növbəti ildə də ölkəmizin iqtisadi və hərbi potensialının artırılması, Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərinin miqyasının genişləndirilməsi ilə daha da möhkəmlənəcək, bununla da Azərbaycan təkcə Cənubi Qafqaz üçün deyil, bütün bəşəriyyət üçün daha mərhəmətli yeni ilə öz layiqli töhfəsini verəcək.
Ötən il yenidən xalqımızın böyük etimadını qazanmış dövlət başçımız cənab İlham Əliyevin liderliyindəki Azərbaycan artıq 21 ildir ki, inamla və ləyaqətlə inkişaf edir. Bu 21 ildə Azərbaycanı sarsmağa çalışan qüvvələrə qarşı verilən cavablar onu deməyə əsas verir ki, ölkəmizdəki dövlət-xalq həmrəyliyi, dünya azərbaycanlılarının və dost-qardaş ölkələrin dəstəyi ilə əldə olunan sinerji sarsılmaz olub, qarşıdakı dövrdə də dünyada etiraf olunan güc olacaqdır. Bu gücü ötən 2024-cü ildə Azərbaycanın ev sahibliyi etdiyi COP29 iqlim konfransında bütün dünya bir daha görüb şahid oldu. Ölkəmizə təşrif buyurmuş 76 min konfrans iştirakçısı qlobal siyasi arenada Azərbaycanın sahib olduğu nüfuzu, onun dövlət başçısının qətiyyətini və problemlərə konstruktiv yanaşmasını bir daha üzbəüz görmək imkanı qazandı. Bu fürsəti itirmiş bəzi destruktiv Qərb liderləri isə Azərbaycanla müqayisədə nəinki öz ölkələrinin daxili problemlərinə qarşı, hətta iqlim böhranı kimi qlobal məsələdə də nə qədər məsuliyyətsiz olduqlarını bir daha ortaya qoydular.
Dövlət başçımızın xalqımıza müraciətində qarşıdakı 2025-ci ilin də ölkəmizdə sosial-iqtisadi inkişaf ili olacağı anonsu verildi. 2021-ci ildən Qarabağın və Şərqi Zəngəzurun bərpasına 19 milyard manatdan çox vəsait ayırmış Azərbaycan bundan sonra da prioritet məsələ kimi Böyük Qayıdış proqramının icrasını və makroiqtisadi göstəricilərin artımını diqqətdə saxlayacaq. Mövcud xarici amilləri nəzərə aldıqda isə ötən ilin makroiqtisadi göstəriciləri sabit dinamika ilə artmaqdadır. Belə ki, bu dövrdə ölkəmizdə ümumi daxili məhsulun həcmində artım 4 faizdən çox, qeyri-neft sektorunda ümumi daxili məhsul 6 faizdən çox, qeyri-neft sənaye sahəsində isə artım 7 faizdən çox olub. İqtisadi sabitliyə qovuşmuş və valyuta ehtiyatlarının həcminin xarici borcunun miqdarından 14 dəfə çox olduğu Azərbaycan Respublikası sosial layihələrin icrasını da inamla davam etdirir.
Dövlət başçımızın da qeyd etdiyi kimi 2019-cu ildən ölkəmizdə dörd sosial paket proqramı icra edilmiş, gələn il beşinci paket icra ediləcək. Bu layihələrə ayrılan və ayrılacaq vəsait isə 7,5 milyard manat olacaq. Göründüyü kimi, bu layihələrin reallaşması ölkəmizin hər bir vətəndaşının layiqli yaşayışını təmin edəcək. Qarşıdakı ildə minimum əməkhaqqı və minimum pensiyanın həcmində gözlənilən artım məbləği də Azərbaycan vətəndaşlarının güzəranının daha da yaxşılaşdırılmasına səbəb olacaqdır.
Azərbaycan Respublikası üçün uğurlarla dolu bir il daha arxada qaldı. Cənubi Qafqazın lider ölkəsi Azərbaycan inamla idarə olunur və Prezident cənab İlham Əliyev xalqımızın ona göstərdiyi yüksək etimadla ölkəmizi bütün regionun parlayan ulduzuna çevirmək üçün bütün gücünü və bacarığını ortaya qoymaqdadır. Dövlət başçımızın illərin sınağından çıxmış böyük siyasi təcrübəsi qarşıdakı dövrdə də ölkəmizin ayağına dolaşanları iflasa uğradacaq və Azərbaycan öz yolu ilə gələcəyə doğru addımlayacaq.
Bu yol sülh və quruculuq yolu olacaq.
MİA.AZ
BMT Baş katibindən ABŞ-ın Venesuelanı mühasirəyə almasına - Reaksiya
İsrail tarixinin ən böyük qaz anlaşmasını müsəlman ölkəsiylə imzaladı: 35 milyard dollarlıq - Netanyahu növbəti sürpriz vəd edir
"Limitsiz azadlıq heyvanlara məxsus bir keyfiyyətdir" - Aparıcıların efirə seksual geyimlə çıxmalarına etiraz böyüyür (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti tapıldı
Qərbi Kaspi Universitetinin dövlətə borcu 5 dəfə artıb
Putin generallarla görüşdə niyyətini açıqladı: "Rusiya tarixi ərazilərinin hərbi yolla azad edəcək"
Rövşən Nəcəf Qətərə yollanıb
Sahibə Qafarova Aİ rəsmisi ilə nəyi müzakirə edib? - Görüş + FOTO
Kənan Yıldız "Yuventus"dan ayrılır? - İki klub danışıqlara başlayıb
Türkiyə futbolunda daha bir yenilik - Transfer müddəti dəyişib
BMT: "Qəzzaya təcili humanitar yardım çatdırılmalıdır"
Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha bir AXCP funksioneri saxlanılıb?
Əli Əsədov ikili diplom proqramı barədə sərəncam imzalayıb - CƏDVƏL
Sabiq nazirin qızı üzr istədi - Açıqlama
"Açıq ürək əməliyyatı olmalıyam, sabaha ümidim yoxdur, buraxacaqsınızsa..." - Sabiq məmur məhkəmədə
"MTV" kanalına ciddi xəbərdarlıq olunub
Qətərin Baş prokuroru Azərbaycana səfərə dəvət olunub
Rəsmi Tehran ABŞ-a çağırış etdi: "Əgər bizə zərbə olsa, o zaman..."
"Nə qədər yaramaz və şərəfsiz olasan ki..." - Musa Musayev yazır
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyət müddəti bitib - XİN-də görüş olub
MEDİA-nın Müşahidə Şurası iclası keçirib - FOTO
Polis əməliyyatı: 3 nəfər 47 kq narkotiklə tutulub
ABŞ-Venesuela müharibəyə addım-addım yaxınlaşır - Tramp qərar verdi, Karakas və BMT-dən xəbərdarlıq gecikmədi
BOKT-un vəzifəli şəxsləri cərimələnib
QƏBULA HARAM QATANLAR KİMLƏR OLUB? - DİM buraxılış və yaz qəbul imtahanlarında dələduzluq edənlər barədə elə faktları açıqladı ki...
Prezident İlham Əliyev BƏƏ-də - FOTOLAR (Yneilənib)
Sabah hava necə olacaq? - Proqnoz
Zakir Həsənov generalı Levent Ergünü qəbul edib - Açıqlama
DÇ-2026: FIFA oyunlara 60 dollarlıq biletləri satışa çıxardı
Maliyyə Nazirliyi ofis icarəyə götürəcək - 1.2 milyona
Tramp daha 5 ölkəyə səyahət qadağası qoydu - Səbəb + SİYAHI
Axtarışda olan Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb
Naxçıvanlılar Biləsuvar gömrük postundan niyə buraxılmır? - VİDEO