İqtisad Universitetində kollec direktorlarına sertifikat verildi - Tədbir

img

24-07-2014 [21:22]


Azərbaycan Dövlət İqtisad Universitetində orta ixtisas təhsili müəssisələrinin rəhbərləri üçün "Kredit sistemi ilə tədrisin təşkili qaydaları”na dair təlim proqramını müvəffəqiyyətlə bitirənlərin sertifikatının təqdimetmə mərasimi keçirilib.

Universitetin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, tədbirdə ADİU-nun rektoru, professor Ədalət Muradov, Təhsil nazirinin müşaviri İlham Pirməmmədov və Orta ixtisas təhsili sektorunun rəhbəri Kərim Mikayılov iştirak edib.

Tədbiri giriş sözü ilə açan rektor kredit sistemi ilə tədrisin ADİU-da müvəffəqiyyətlə tətbiq edildiyini bildirib. Təlim zamanı dinləyicilərin kredit sistemində Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş formalar, tədris prosesinə nəzarətin təşkili, semestr ərzində tələbənin biliyinin qiymətləndirilməsi, imtahanlara hazırlıq  və keçirilməsinin təşkili haqqında ətraflı biliklər əldə etdiklərini vurğulayıb. Dinləyicilər həmçinin tələbə və müəllim mobilliyi, "Qeydiyyat bölməsi”, apellyasiya komissiyasının fəaliyyəti, təcrübə, yay semestri, yekun dövlət attestasiyasının təşkili haqda da məlumat əldə ediblər.

Təhsil nazirinin müşaviri İlham Pirməmmədov çıxışında qeyd edib ki, Təhsil nazirliyinin xətti ilə təşkil olunan "Orta ixtisas təhsil müəssisələri üçün tyutor hazırlığı” proqramının davamı kimi təşkil olunan təlimdə 54 kollecden 62 nümayəndə iştirak edib.

Tədbirin sonunda imtahanları müvəffəqiyyətlə verən iştirakçılara sertifikat təqdim olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA