Müxalifət YPG-nin nəzaərtində olan daha bir kəndi geri alıb - YPG-nin ətrafında çəmbər daralır

img

20-12-2024 [00:16]


Suriyada Bəşər Əsəd rejimini devirən müxalif qruplar PKK/YPG-nin işğalında olan Rakka bölgəsində daha bir kəndi işğaldan azad edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün silahlı qüvvələr qəfil hücumla Qənim əl-Əli kəndini ələ keçirib.

Məlumata görə, müxaliflər artıq Rakkanın şərqində addım-addım irəliləyirlər.

Xəbərdə o da deyilir ki, digər yandan isə Suriya Milli Ordusu isə Tişrin su barajı istiqamətində də möhkəmlənməklə yanaşı, YPG/PKK-nin yeraltı gizli tunellərini mina və digər tələlərdən təmizləyir.

ABŞ mətbuatı yazır ki, Suriya Mili Ordusu Türkiyənin dəstəyi ilə YPG-nin mövcud olduğu Konbani başda olmaqla, Rakkanı təmizləmək üçün sərhədə böyük qüvvə toplayır.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:14 19.12.2024

Sabah yağış yağacaq