Daha bir fenomen plastik əməliyyat zamanı öldü - İki uşağı vardı + FOTO

img

19-12-2024 [12:39]


Türkiyədə tanınan sosial media fenomeni Neşe Özkan estetik əməliyyat masasında həyatı ilə vidalaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  plastik əməliyyatdan sonra dünyasını dəyişib.

Məlumata görə, qarın gərmə və döş kiçiltmə əməliyyatına girən Özkanın əməliyyat masasında ürəyi dayanıb: "Həkimlərin səyinə baxmayaraq, 28 yaşlı fenomenin həyatını xilas etmək mümkün olmayıb".

Xatrladaq ki, İki uşaq anası olan Özkan ötən fevral ayında televiziyanın “Gəlin evi” proqramına qatılaraq tanınıb.

Onu da qeyd edək ki, "İnstaqram" hesabında xəstəxanaya yerləşdirilməmişdən öncə son paylaşımını eədn Özkan Bergenin mahnısını oxuyub və duyğulu mesaj verib.

Ləman
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:14 19.12.2024

Sabah yağış yağacaq

10:38 19.12.2024

Ərdoğan Misirə gedib