Prezident İlham Əliyev gömrüklə bağlı qanunu təsdiqləyib - Dəyişiklik

img

19-12-2024 [17:23]


Prezident İlham Əliyev “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə qanunda dəyişiklik edilməsi qanunu təsdiqləyib.

Mia.az xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra sınaq müddəti müəyyən edilmiş şəxslər gömrük orqanlarında müvafiq vəzifəyə xüsusi rütbə verilmədən təyin olunacaq və onlar həmin müddət ərzində yalnız vəzifə maaşı alacaqlar.

Bundan başqa, gömrük orqanlarında xidmətə qəbul zamanı rəhbər vəzifələrə təyin olunanlara və elmi dərəcəsi olan şəxslərə sınaq müddəti müəyyən edilməyəcək, həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, gömrük orqanlarında daimi qulluğa qəbul edəcəklər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:14 19.12.2024

Sabah yağış yağacaq

10:38 19.12.2024

Ərdoğan Misirə gedib