Konyada diametri 15 metr olan ərazi qəfil çökdü - 13 metr dərinlik yarandı

img

20-12-2024 [09:07]


Türkiyənin Konya şəhərinin Cihanbəyli rayonunda qəfil torpaq çökməsi baş verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, nəticədə dərinliyi 13 metr, diametri 15 metr olan çuxur əmələ gəlib.

Məlumatda çuxurun yaranma səbəbinin bəlli olmadığı deyilir. Ancaq qeyd edilib ki, son illər bölgədə belə hallar çoxalıb.

Məhəllə muxtarı Atilla Saraç deyib ki, çuxurla bağlı çobanlar onu çməlumatlandırıb: "Mən də səlahiyyətlilərə xəbər verdim. Bölgəyə gələn qruplar araşdırma aparır".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR