İzmirdə FETÖ əməliyyatı: saxlanılanlar var

img

19-12-2024 [11:50]


Türkiyənin İzmir şəhərində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı növbəti əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İzmir Respublika Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, istintaq çərçivəsində 15 şübhəli haqqında həbs qərarı çıxarılıb: "Kemalpaşa və Ödəmiş rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı "ByLock" istifadəçisi olduğu təsbit edilən, təşkilata üzv olduqlarını bildirən 15 şübhəli utulub. Onların barəsində həbs qətimkan tədbiri seçilib".

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:14 19.12.2024

Sabah yağış yağacaq

10:38 19.12.2024

Ərdoğan Misirə gedib