Bakıda estetik əməliyyata girən Nərmin evində ölü tapıldı - Həkim sertifikasiya komissiyasından keçə bilməyib? - Açıqlamalar + FOTOLAR (Yenilənib)
19-12-2024 [15:19]
Bakıda idman kompleksinin həyətində 23 yaşlı qızın meyiti tapılıb.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə dekabrın 18-nə keçən gecə saat 03 radələrində Xətai rayonu Xocalı prospektində baş verib.
Xocalı prospekti 25 ünvanında yerləşən idman kompleksinin həyətində Bakı şəhər sakini 2001-ci il təvəllüdlü Nərmin Bəylər qızı İsgəndərovanın meyiti aşkar edilib. İlkin müayinə zamanı meyit üzərində zorakılıq əlaməti aşkar edilməyib.
Gənc qızın kompleksin həyətinə hansı məqsədlə gəlməsi, ölüm səbəbi və sair hələlik müəyyənləşməyib. N.İsgəndərovanın mütəmadi olaraq idman zalına getdiyi və buna dair görüntüləri sosial şəbəkə səhifəsində paylaşması məlum olub.
Faktla bağlı araşdırmalar aparılır.
***
Oxu.Az-ın məlumatına görə, Nərmin bir neçə gün əvvəl bədənşəkilləndirmə əməliyyatı etdirib. Daha sonra onun vəziyyəti pisləşib.
Nərminin həm də sosial media fenomeni olduğu deyilir
***
Bakıda daha bir gənc qız plastik əməliyyatın qurbanı olub.
Ma.az Milli az.a istinadla xəbər verir ki, hadisə Mərcan klinikasında baş verib.
Belə ki, 23 yaşlı Nərmin İsgəndərova doktor Nurlan Həsənliyə qarın gərmə və bədən şəkilləndirmə əməliyyatı etdirib.
Foto: Nurlan Həsənli
Qızın anası Şahnaz Mehdiyevanın sözlərinə görə, qızı əməliyyata görə 5000 manat ödəniş edib. Əməliyyatdan bir müddət sonra xəstənin yarasından çirkli su axmağa başlayıb. Xəstə bu barədə həkimə məlumat versə də, təəssüf ki, həkim xəstəsinə laqeyd yanaşıb.
Ailəsi bildirir ki, gənc qız öz hesabına irin axan yarasına dərmanlar tapmağa çalışıb. Lakin yolda halı pisləşib və ordaca dünyasını dəyişib.
Qeyd edək ki, vəfat edən Nərmin Mehdiyeva bloger fəaliyyəti ilə məşğul olub. Bir qızı var.
***
Bloqer Nərmin Bəylər qızı İsgəndərovanın (Mehdiyevanın - red.) vəfatı ilə bağlı günahkar qismində adı hallanan "Mərcan Medicare" klinikasının baş həkimi Araz Ağayev iddialara cavab verib.
O, Oxu.Az-a açıqlamasında bu fikirləri səsləndirib:
"2001-ci il təvəllüdlü İsgəndərova Nərmin Bəylər qızının 20.11.2024 tarixində bizim klinikada plastik cərrah Oruc Məmmədov tərəfindən əməliyyatı icra olunub. Xəstə əməliyyatdan bir neçə gün sonra kafi vəziyyətdə cərrah nəzarətində olmaqla ambulator müalicəyə yazılıb. Bundan sonra bir-iki dəfə sarğıya gəlib, hər hansı ciddi narahatlığının olduğu müşahidə edilməyib.
Sonralar xəstə təkrar müayinəyə və baxışa çağırılsa da, gəlməkdən imtina edib. Mətbuatda adı gedən Nurlan Həsənli Rusiyada tibb təhsili alıb, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçmədiyindən klinikamızda həkim köməkçisi kimi fəaliyyət göstərir".
Baş həkim qeyd edib ki, "Mərcan Medicare" klinikasının İqtisadiyyat Nazirliyinin 23 noyabr 2021 tarixli in/l-470/2021 nömrəli qeydiyyat nömrəsi ilə verilmiş lisenziyasına əsasən "plastik cərrahiyyə" fəaliyyəti ilə məşğul olmağa icazəsi var: "Həmçinin, adıçəkilən tibb işçilərinin Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq fəaliyyəti davam edir.
Onu da qeyd edim ki, N.İsgəndərova bizim klinikamızda deyil, bir aydan sonra naməlum səbəbdən vəfat edib".
Baş həkim əməliyyata görə bloqerin 5 000 manat ödəniş etməsi ilə bağlı səslənən fikirlərin yanlış olduğunu deyib: "Min neçə manatsa pul verilib, çeklərə baxmaq lazımdır. Beş min manat ödəniş olmayıb. Yarasından irin gəlməsi ilə bağlı onu deyə bilərəm ki, bu barədə həkimə müraciət edilməlidir. Lap deyək ki, həkim cavab vermir, klinikaya gəlmək lazımdır. İddialar uyğunsuz səslənir. Əməliyyatdan bir ay keçib. Klinikadan çıxandan sonra da əməliyyat fotoları var idi".
MİA.AZ
Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul edib - Milli Məclis bəyanat yaydı
İraqa qaçan Əsəd rejiminin əsgərləri bu gündən geri dönür
Ceyhun Bayramov Qahirədə Hakan Fidanla görüşüb
İordan çayının qərb sahilində 14 nəfər həbs olunub
İsrail əsgərləri 80 yaşlı qadını güllələyib
Əli Əsədov dövlət başçıları ilə görüşüb - Qahirədə
Vəzifəli şəxsin ailə üzvü məhkəmə zalında - Faizə pul, yoxsa...
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
2025-ci ilin ən uğurlu günləri bəlli olub - Astroloji proqnoz
71 ŞAGİRD MƏKTƏBDƏ ZƏHƏRLƏNDİ: 27 şagird xəstəxanadan buraxılıb... - Açıqlamalar (YENİLƏNİB)
Rusiya ordusu irəliləyir - Daha 2 yaşayış məntəqəsi ələ keçirilib
"4 MİN İRANLI DÖYÜŞÇÜNÜ SURİYADAN BİZ ÇIXARDIQ" - Putin şok məlumat açıqladı, Suriyadakı müxaliflərlə gizli əlaqələrini etiraf elədi
Mərkəzi Bankın valyuta və qızıl ehtiyatları rekordu aşıb - Rəqəmlər
Xarici İşlər Nazirliyi məlumat yayıb
“Vətən Müharibəsi Tarixi Azərbaycanın Ərazi Bütövlüyünün Bərpası - Şəxsiyyət Faktoru” adlı kitabın təqdimatı olub - FOTOLAR
Bakıda estetik əməliyyata girən Nərmin evində ölü tapıldı - Həkim sertifikasiya komissiyasından keçə bilməyib? - Açıqlamalar + FOTOLAR (Yenilənib)
“Körpü-Bina-Tikinti”yə 138 milyon manat ayrılıb - Tuneli "yarıdan" qalmaqallı şirkətə İpoteka və Kredit Zəmanət Fondu "qapılarını açıb" (İlginc detallar)
"AzInTelekom"un tenderində şübhəli məqam: vergi borcu olan şirkət qalib elan olunub
Ceyhun Bayramov Pakistan XİN başçısı ilə görüşüb
Ərdoğan Misirdə: "Qardaş Azərbaycana "xoş gəldin" deyirəm" - "Arzumuz Suriyanın..."
BAKIDA DAHA BİR MƏŞHUR BAZAR SÖKÜLÜR - Rəsmi açıqlama yayıldı
Daha üç gün yağış yağacaq
XİN sözçüsü ABŞ-nin Azərbaycandakı səfirliyinə belə cavab verdi: "Əsl namərdlik...”
RƏSMİ ANKARA ABŞ-ı TƏKZİB ELƏDİ: "Hər hansı anlaşma yoxdur, bu açıqamanın "dil sürüşməsi" olduöunu düşünürük"
ABŞ Pakistanın daha 4 şirkətinə sanksiya tətbiq edib - İslamabaddan qəzəbli reaksiya
FIFA reytinqi: millimizin yeri bəlli oldu
PKK terrorçusu Türkiyə jandarmasına təslim olub
Sabah yağış yağacaq
Əfqanıstanda yol qəzası: 52 nəfər ölüb - 80-nə yaxın yaralı var
İzmirdə FETÖ əməliyyatı: saxlanılanlar var
Sabiq icra başçısınınn qardaşı oğlanlarına cinayət işi açılıb - Bacı-qardaşa qarşı xuliqanlıq ediblər
MİT-dən Qamışlıda daha bir əməliyyat - PKK-nın məsul şəxsi zərərsizləşdirilib (FOTO)
Bələdiyyə seçkiləri: 6 min 872 nəfərin namizədliyi irəli sürülüb
Xırdalanın mərkəzi yolu bu gündədir, məşhur parkı isə... - FOTOLAR
ABŞ dövlət katibi: "İranda 20 il iqtidar dəyişikliyi cəhdlərimiz fayda vermədi..." - "Tehranla hələ də danışıqlar imkanı var"
PA-da sektor müdiri təyinatı olub - Fərid Vəliyev kimdir? (FOTO)
Blinken: "Suriyanın dağılma, parçalanma riski hələ də var"
Ərdoğan Misirə gedib
Üç idmançısı dopinqə görə cəzalandırılıb - ADLAR
Gəncədə 10-cu sinif şagirdi 8-ci sinif şagirdini bıçaqlayıb - Açıqlamalar (Yenilənib)
Azərbaycan nefti 77 dollara yaxınlaşır