Deputata icarəyə verilən obyekt, çoxsaylı restoranlar, mağazalar, "zapravka" və xaricə uzanan yol... - Sabiq nazir müavini haqda şok iddialar yayıldı (FOTOLAR)
19-12-2024 [13:05]
Bir neçə müddət əvvəl Azərbaycanın diplomatik korpusunda aparılan təmizləmə işləri diplomat Ramiz Vəliyevin və başqalarının həbsi ilə yenidən aktuallaşdı.
Artıq XİN strukturlarında başlayan həbs dalğasının hazırki əməkdaşlarla yanaşı nazirlikdə yüksək post tutmuş bir sıra adamları da vuracağı bəlli olub.
Mia.az Gununsesi.info-ya istinadla xəbər verir ki, həbsi gözlənilən şəxslərdən biri də xarici işlər nazirinin sabiq müavini Nadir Hüseynovdur.
Belə ki, aparılan araşdırmalar zamanı Nadir Hüseynovun nazir müavini işlədiyi dövrlərdə ağlasığmaz əmlak əldə etdiyi üzə çıxıb.
Gununsesi.info onun Bakı şəhərində olan biznes obyektlərinin bir neçəsinin yerini müəyyən edib.
Buraya Nərimanov rayonunda yerləşən məşhur “Cənnət Gəncə” restoranı, Nəsimi Rayonundakı “Nəsimi bazarı”, Səbail Rayonunda dənizkənarında böyük sahəyə malik restoran, Badamdarda yanacaqdoldurma məntəqəsi, paytaxtın müxtəlif ünvanlarında çoxsaylı mağazalar, habelə onlarla mənzil daxildir.
Məlumatda o da deyilir ki, Nadir Hüseynov Səbail rayonunda yeni inşa etdiyi restoranı deputat Cavanşir Paşazadəyə icarəyə verib.
Mənbəmiz Cavanşir Paşazadənin elə həmin obyektin qarşısından olan fotosunu da təqdim edir.
Araşdırmamız zamanı Nadir Hüseynovun Türkiyədə də böyük biznes imperiyası qurduğu bəlli olub.
Bu işin başına isə o, AZAL-ın Türkiyədəki təmsilçiliyində işə götürtdüyü oğlu Məhəmməd Hüseynovu qoyub.
Onun digər oğlu Hüseyn Hüseynov Azərbaycanın xaricdəki səfirliklərinin birində çalışsa da bizneslə məşğuldur.
Onu da qeyd edək ki, bir sıra media orqanlarında da Nadir Hüseynovun fəaliyyəti haqqında sensasion iddialar irəli sürülüb.
Bildirilir ki, Nəsimi bazarının yerində inşa edilən “Olympus Nəsimi Kompleksi” Nadir Hüseynova məxsusdur.
Məlumatlarda onun Türkiyədən başqa ərəb ölkələrində, xüsusilə Birləşmiş Ərəb Əmirliklərində böyük biznesinin olduğu deyilir.
Göründüyü kimi nazir müavini olduğu müddətdə qanunsuz yollarla varlanan Hüseynov bir müddət təhlükəsizlik mühitində yaşayıb.
Ancaq son proseslər və yayılan bilgilər onun üçün qarşıda həbs yolunu göstərir.
Bəzi məlumatlara görə, o, ölkəni tərk etmək istəsə də buna risk etməyib.
Elmar Elnuroğlu
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi