Yusif İldırımzadənin qardaşı zərərçəkmişi 510 min manata icra başçısı təyin edəcəkmiş – MƏHKƏMƏ
18-12-2024 [14:02]
Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və Balakən rayonu dairə seçki komissiyasının katibi Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Mia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Qurban Piriyevin vəkili Sadiq Rəsulov təqsirləndirilən şəxslərin hər birinin barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib:
“ Təqsirləndirilənlər ziyanı ödəmirlər, onların azadlıqda qalması yeni cinayətlər törətməsinə imkanlar yaradır. Bizdə məlumat var ki, digər cinayət işləri üzrə hazırda istintaqın aparılan işlərdə Rasim ildırımzadənin adı keçir. Bu da o deməyə əsas verir ki, qanunsuz əməllərinə davam edirlər".
Rasim İldırımzadənin vəkili çıxış edərək ibtidai araşdırma qanun pozuntusuna yol verilib, buna görə də işin ibtidai istintaqa qaytarılmasını istəyib.
Hakim bildirib ki, vəsatətlərə hazırlıq iclasının qərarında münasibət bilidiriləcək. Hazırlıq iclasının davamı dekabrın 24-də davam edəcək.
İstintaq sənədlərinə görə, Rasim İldırımzadə həbsindən əvvəl istintaqdan yayındığı üçün axtarışda olub.
Tutulduqdan sonra isə məhkəmənin qərarı ilə Rasim İldırımzadə, ondan başqa Zaur Mirzəzadə və Qoşqar Məmmədov məhkəmənin qərarı ilə həbs ediliblər. İstintaqın gedişində onlar ev dustaqlığına buraxılıb,
İttihama görə, təqsirləndirilən şəxslər Qurban Piriyevi Bakı şəhərinin rayonlarından birinə icra başçısı təyin olunacağı vədi ilə aldadıblar. Cinayətin əsas təşkilatçısı isə Rasim İldırımzaədədir. O, qurduğu planla zərərçəkmiş şəxsi inandıra bilib. Rasim İldırımzadə qrupun digər üzvü Qoşqar Məmmədovu yalandan Prezident Administrasiyasında işləyən yüksək vəzifəli şəxs kimi təqdim edib, onun bütün məsələləri həll edəcəyini deyib. Zaur Mirzəzadəni isə sözügedən yerdə guya Nihat adlı mötəbər vəzifədə çalışan şəxs kimi təqdim edib.
İşi düzüb-qoşanların nüfuzlu şəxslər olduğuna inanan Qurban Piriyev icra başçısı keçmək üçün Rasim İldırımzadənin adamlarına bir neçə dəfəyə 510 min manat pul, 34 min manatlıq qızıl-zinət əşyaları verib.
Sonradan aldanıldığını bilən zərərçəkmiş polisə şikayət edib. İlkin istintaq dövründə ona dəymiş 544 min manat ziyanın 85 min manatı Rasim İldırımzadə, 20 min manatı isə Zaur Mirzəzadə və Qoşqar Məmmədov tərəfindən geri qaytarılıb.
Qeyd edək ki, Rasim İldırımzadənin bir qardaşı Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə, digəri isə ləğv olunmuş “Amrahbank”ın təsisçisi Yunus İldırımzadədir.
Digər təqsirləndirilən Zaur Mirzəzadə isə həm də "bakutime.az", "xalq.az" adlı saytların rəhbəridir.
Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib
Rusiya Baş Qərargahı: Bakı və İrəvan ikitərəfli münasibətlərin normallaşması yolunda uğurla irəliləyir
Prezident: "Gürcüstanda sabitliyin pozulması həm bu ölkə, həm də Azərbaycan üçün zərərlidir"
İlham Əliyev: "Zənnimcə Tramp USAİD-i qadağan edə bilər"
Rayonlarda külək güclənəcək
Ərdoğan Makronla regional məsələləri müzakirə edib
Prezident “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”ni “yalançı dördlük” adlandırıb
İlham Əliyev: "Hiss etdiyim o oldu ki, razılaşdırılmamış iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər"
İlham Əliyev: "Ermənistan bizimlə silah yarışında tab gətirməyəcək"
Prezident Samur–Abşeron kanalı üzərində körpünün tikintisinə 9 milyon 960 min manat pul ayırıb
İlham Əliyev: "Azərbaycan Rusiyanın müdafiə sənayesinin yeniliklərini izləyir, artıq yeni müraciətlərimiz var"
Sahibə Qafarova: Türkiyə qlobal miqyasda sülhə və sabitliyə töhfə verən güclü dövlətdir
Yusif İldırımzadənin qardaşı zərərçəkmişi 510 min manata icra başçısı təyin edəcəkmiş – MƏHKƏMƏ
Mariya Zaxarova: Ermənistan Rusiya vətəndaşının ölkəyə girişinə qoyulan qadağa ilə bağlı izahat verməlidir
Rusiya XİN: Suriyada hərbi bazalarımızın mövcudluğunun Avropa İttifaqına dəxli yoxdur
İsrail hərbçiləri helikoperlə Dəməşqə enib - Əsgərlər 20 dəqiqəlik əməliyyat keçirib, daha sonra isə...
Aİ Rusiyaya qarşı 16-cı sanksiya paketini hazırlayır
Sergen Yalçın Fransa klubu ilə danışıqlar aparır
MASK ABŞ "DƏRİN DÖVLƏTİ"Nİ TƏHDİD ETDİ: "Onları bitirərəm"
İLHAM ƏLİYEV RUSİYALI MƏŞHUR JURNALİSTƏ MÜSAHİBƏ VERİB: "İstər Qərbdə, istərsə də Şərqdə..." (Yenilənir)
Zelenskidən sensasion iddia: "Ruslar ölən koreyalı hərbçilərin üzünü yandırır" - Amerikalı general isə...
Sabah qar yağacaq
"Beşiktaş" prezidenti: "Cenk Tosunu Baş məşqçi istəmədi" - "Aston Villa"nın Semih Kılıçsoya 15 milyon avro təklif elədi, ancaq..."
SMO Kobaniya hücuma hazırlaşır: "Türkənin artıq səbri tükənib, ərəb əşirətləri isə..."
Bakıda dəhşətli hadisə - 33 yaşlı qadın daş parçası ilə öldürülüb
İsrail Kemal Advan xəstəxanasının reanimasiya şöbəsini bilərəkdən vurub - Şöbə yanıb
Sakit okean ölkəsində güclü zəlzələ - Ölənlərin sayı artıb
Prezident İlham Əliyev Qətər əmirinə məktub göndərib - MƏTN
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı - Açıqlama
Bu gün yenə qar yağacaq
Müsavat, Ağ Partiya, Ümid, KXCP... - Hökumət onlara pulu necə ayırır? (Açıqlamalar)
Efirdə Aşıqlar arasında biabırçılıq: "Gecə saat 2-də ərimə niyə zəng edirsən?" - VİDEO
Azərbaycan nefti 75 dollara endi
İsrail Qəzzada yaşayış binasını vurub - Ölən və yaralananlar var
Sosial media fenomenlərinin "ipini yığacaq" yeni qanun hazırlayıb
9 şəhərdə FETÖ-yə qarşı əməliyyat - 41 nəfər tutulub
Əziz Orucovun məhkəməsinin vaxtı açıqlandı
Türkiyə tarixində bir ilk - NATO ölkəsinə hərbi gəmi satacaq (FOTO)
Sumqayıtda 5 nəfər zəhərlənib
Məşhur müğənni sürücü axtarır - Elan verdi + FOTOLAR
İsrail xəstəxananı bombalayıb - Generatorlar, su çənlərini və oksigen şəbəkəsi sıradan çıxarılıb
İranda enerji təchizatında problemlər yaranıb - Məsud Pezeşkian əhaliyə müraciət edib
Cevdet Yılmaz: "İsrailin hərəkətləri özbaşınalıqdır"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR