Sakit okean ölkəsində güclü zəlzələ - Ölənlərin sayı artıb

img

18-12-2024 [11:04]


Sakit okeandakı ada ölkələrindən biri olan Vanuatuda dünən baş verən 7,3 bal gücündə zəlzələdə ölənlərin sayı artıb.

Mia.az xarici mətbuata istiandla xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) rəsmisi Katie Qrinvud açıqlama verib.

O bildirib ki, ada dövlətində ölənlərin sayı 14-ə yüksəlib, 200-dən çox isə yaralı var: "Buraya ilk yardım, sığınacaq, su kimi ehtiyac vacib tələb olunur"

Xatırladaq ki, zəlzələ dünən paytaxt Port Vila sahillərindən 30 kilometr aralıda, təxminən 57 kilometr dərinlikdə baş verib.

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 18.12.2024

Sabah qar yağacaq

10:49 18.12.2024

Bu gün yenə qar yağacaq