9 şəhərdə FETÖ-yə qarşı əməliyyat - 41 nəfər tutulub

img

18-12-2024 [09:27]


Türkiyənin 9 şəhərində FETÖ-yə qarşı əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya məlumat verib.

Nazirin sözlərinə görə, Ankara, İstanbul, Kayseri, Muş, Bursa, Aydın, İzmir, Ordu və Tekirdağda 31 fərqli ünvanda eyni anda əməliyyat düyməsi basılıb: "Əməliyyatla 41 şübhəli saxlanılıb. Onların ev və iş yerlərində aparılan axtarışlar zamanı sübutlar götürülüb".

Nazir bəyan edib ki, xain terror təşkilatına qarşı mübarizə qətiyyətlə davam etdiriləcək.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 18.12.2024

Sabah qar yağacaq

10:49 18.12.2024

Bu gün yenə qar yağacaq