İranda enerji təchizatında problemlər yaranıb - Məsud Pezeşkian əhaliyə müraciət edib

img

18-12-2024 [00:18]


İranda soyuq hava, elektrik və qaz təchizatında problemlər yaradıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İranın İRNA rəsmi xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, enerji çatışmazlığı səbəbindən bir çox şəhərlərdə məktəblər bağlanıb, dərslər onlayna keçirilib: "Enerji problemi və soyuq hava səbəbindən Ərdəbil, Qərbi Azərbaycan, Simnan, Gülüstan, Şimali Xorasan, Rezevi Xorasan, Mazenderan, Zəncan, Kürdüstan və Kirmanşah əyalətlərində bütün məktəblər bağlanıb. Qum vilayətində ibtidai, orta və lisey təhsil müəssisələri, Fars vilayətində isə yalnız ibtidai məktəblər qapadılıb..."

Məlumata görə, elektrik enerjisi və qaz çatışmazlığı ilə bağlı əhaliyə müraciət edən prezident Məsud Pezeşkian onları kombilərini 2 dərəcə aşağı rejimdə işlətməyə çağırıb.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 17.12.2024

Sabah qar yağacaq