Türkiyə tarixində bir ilk - NATO ölkəsinə hərbi gəmi satacaq (FOTO)

img

18-12-2024 [09:11]


Türkiyə Müdafiə Sənayesi dünyanın aparıcı şirkətlərini geridə qoyaraq tarixi bir ilkə imza atıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qardaş ölkə ilk dəfə olaraq Avropa Birliyi və NATO üzvü olan bir ölkəyə hərbi gəmi ixrac edəcək.

Məlumata görə, artıq "STM Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət A.Ş." "Portuqaliya Donanmasının Logistika Dəstək Gəmisi" tenderində dünyanın aparıcı hərbi dəniz şirkətlərini geridə qoyaraq, qalib gəlib.

Bununla bağlı dünən Portuqaliyada imzalanma mərasimi keçirilib.

Bildirilir ki, Türkiyə "Logistika Dəstək Gəmiləri" innovativ dizaynı və çox yönlü funksiyaları ilə birgə enerji ötürmə, amfibiya əməliyyatları və dənizaltı funksiyalarını yerinə yetirmə qabilyyətinə sahibdir.

Gəmi barədə aşağıdakı fotoda ətraflı informasiya verilib:

Lamiyə Əhmədli
MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 18.12.2024

Sabah qar yağacaq

10:49 18.12.2024

Bu gün yenə qar yağacaq