Zelenskidən sensasion iddia: "Ruslar ölən koreyalı hərbçilərin üzünü yandırır" - Amerikalı general isə...

img

18-12-2024 [12:09]


Ukrayna prezidenti Vladimir Zelenski şok iddia irəli sürüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Ukrayna Müdafiə Nazirliyinin yaydığı xəbəri təsdiqləyərək, dekabrın 14 və 15-də Rusiyanın Kursk bölgəsində baş verən toqquşmalar nəticəsində ən azı 30 Şimali Koreya əsgərinin öldüyünü və yaralandığını açıqlayıb.

Zelenski sosial media hesabında yazıb ki, Rusiya cəbhədə həlak olan Şimali Koreya əsgərlərinin tanınmaması üçün üzlərini yandırır: "Şimali Koreya əsgərlərinin cəbhədəki varlığını gizli saxlamaq istəyirlər. Onlara hətta təlim keçərkən belə, üzlərini göstərmək qadağan edilib. Rusiya ordusu onların varlığına dair hər hansı əyani sübutu silməyə çalışır. İndi isə əsgərlərimizlə toqquşmadan sonra ruslar sözün əsl mənasında öldürülən Şimali Koreya əsgərlərinin üzlərini yandırmağa başlayıblar"

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü general-mayor Pat Rayder də Rusiya ilə döyüşdə xeyli Şimali Koreya əsgərlərinin Ukrayna tərəfindən öldürüldüyünü təsdiqləyib: "Şimali Koreya əsgərlərinin Kurskda Rusiya qüvvələri ilə birlikdə döyüşə girdiyini bilirik. Bizdə onlar haqda həm ölü, həm də yaralı olduğuna dair məlumatlar var. Lakin dəqiq rəqəm verə bilmərəm, məsələ yazından izlənilir"

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 18.12.2024

Sabah qar yağacaq

10:49 18.12.2024

Bu gün yenə qar yağacaq