İmişlidə park qalmaqalı qızışdı - Komitə məhkəməyə üz tutdu

img

21-07-2014 [12:25]


Dövlət Torpaq Xəritəçəkmə Kommitəsi İmişlidə Heydər Parkı ilə Mərkəzi Rayon Xəstəxanasının qarşısındakı parkla bağlı uzun müddətdir ortaya çıxan ziddiyyətləri hüquqi yolla həll etmək üçün məhkəməyə müraciət edib.

 Bu barədə «Reytinq»ə verilən məlumata görə, komitə yerli səlahiyyətli qurumlarla yanaşı, parkın ərazisini müvafiq sənədlərlə almış bir neçə adamını da məhkəməyə verib. Lakin İmişli rayon Məhkəməsi işin mahiyyəti üzrə Şirvan Apellyasiya Məhkəməsinin səlahiyyətində olduğunu iddia edərək, işə baxmaqdan imtina edib.

 «Reytinq»ə verilən məlumata görə, komitənin iddiasını Şirvan Apellyasiya Məhkəməsi araşdıracaq.

 Məlumatda o da bildirilir ki, bu həddən artıq ziddiyyətli olmaqla yanaşı, bir çox məmurların da qanunsuz əməllərinin ortaya çıxmasına səbəb olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA