Min gündən sonra yanan “yaşıl işıq” - Əli Cabbarov yazır
19-11-2024 [15:52]
Əli Cabbarov
***
İnternet və peyk texnlogiyasına hər kəsin əlinin çatdığı XXI əsrdəki müasir “İran-İrak müharibəsi” 2022-ci ilin 24 fevralından keçən min gündən sonra daha da qanlı ssenarilərlə davam etməklə, bizdən çox da uzaqda olmayan coğrafiyada olduqca təhlükəli hadisələri qızışdırmaqdadır.
İmperialist Qərb və çarizmin ənənəvi qarşıdurmasının növbəti meydanı olan gözəl və zəngin Ukrayna torpaqlarında aparılan elan olunmamış müharibənin mininci günündə güdülən siyasət, bu mənada, tam bir ikiüzlülük misalı olub, coğrafiyadan xəbəri olmayan bəzi ‘tarixçi”lərin boş iddialarına bənzəyir.
Bütün oliqarxlarının və nazirlərinin öz evlərində belə ingilscə danışdığı Rusiyanın Donbasdakı milyon yarım rusdilli insanın dil maraqlarını qorumaq bəhanəsilə başlatdığı bu müharibə 2014-cü ildən bütün bu bölgənin altını üstünə çevirib iqtsadiyyatı, energetikanı, infrastrukturu, nəqliyyat-logistika əlaqələrini və ən nəhayət, yüzillər ərzində iki qardaş xalq arasındakı mövcud mədəniyyəti məhv etməklə yeni mərhələyə keçməkdədir. Bir daha dönüşü olmayacaq qoca Baydenin gedişi öncəsi Ukrayna ordusuna Rusiyanın dərinliklərinə zərbə endirmək üçün uzaqmənzilli raketlərdən istfadə etməyə icazə verməsi Şimali Koreyanı nəzərə almasaq, bu müharibəyə üçüncü tərəflərin də qoşulması təhlükəsini artırır.
Hansı tərəfin torpaq tutması, yaxud torpaq itirməsindən asılı olmayaq bütün müharibələrin son qalibi ədalət, itirəni isə sadə, həyatları məhv olmuş milyonlarla insanlardır. Hələ otuz il əvvəl Qərbin və Rusiyanın dəstəyini almış Ermənistanın təklənmiş Azərbaycanın torpaqlarını işğal etməsi ilə nəticələnmiş 4 illik I Qarabağ müharibəsinin nəticələrini cəmisi 44 günlük müharibə ilə alt-üst etmiş və iki yüz illik ədalətsizliyə son qoymuş II Qarabağ müharibəsi göstərdi ki, bəli, əgər işğala və ədalətsizliyə məruz qalmış bir ölkə öz dövlətini və ordusunu möhkəmləndirərsə bu, sonunda işğalçının məhv ediləcəyinə aparan ən qısa və ən doğru yoldur.
Ancaq hələ ki, Krımın ilhaqı ilə əslində, NATO və Rusiya qarşıdurmasının başladığı 10 il bundan əvvəlki dövrdən başlayaraq bu günə qədər nə Rusyianın qarşısına qoyuduğu məqsədə çatdığını, nə də Ukraynanın ona yağlı vədlər verən Qərbdən istədiyini ala bildiyini deyə bilmirik. Dünyanın ən güclü riyaziyyatçılarının belə həll edə bilməyəcəyi bir tənlik kimi mürəkkəb olan hazırkı vəziyyətdə uzaqmənzili raketlərin istifadəsinə yandırılan bu “yaşıl işıq” gələcəkdəki itkilərin nə dərəcədə ağlasığmaz olacağını xəbər verir.
Cəbhədə isə itkilər çox böyükdür. Min gündən sonra bir tərəfdə milyonlarla ton dəmir qırıntısını və 700 mindən çox əsgərini itirərək İran və Şimali Koreyanın ümidinə qalmış Rusiya, digər bir tərəfdə isə təxminən bu qədər sayda müdafiəçsini və hərbi texnikasını itirmiş, dünyanın ən böyük yük təyyarəsi əfsanəvi “Mriya AN-224”-ü yandırılmış, 5 milyondan çox insanı qaçqın düşmüş, bütün enerji sistemi və mülki infrastrukturu çökmüş Ukraynanın mənzərəsi bu müharibənin sabah tam ədalətlə bitəcəyi təqdirdə belə Rusiyanın Ukraynanı həmişəlik itirməsinə qarşı heç bir əks arqument yeri qoymur. Bu, başqasına ümid edərək müharibə aparan Ukraynanın və kiçik bəhanələrlə insan resurslarını tükətməyə hazır olan Rusiyanın başına gələcək ən böyük faciədir. SSRİ dağılandan sonra nə Rusyia ilə cici-bacı olduqdarı illər boyu, nə də faktiki müharibə vəziyyətində olduğu 2014-cü ildən bəri milli həmrəyliyini qura bilməmiş Ukraynanın hazırda itirdiyi 125 min kvadrat kilometr ərazisinin geri qaytarılması və 1991-ci il sərhədlərini bərpa etməsi üçün bütün gücünü ortaya qoyduğu bir dövrdə Amerikanın və Fransa liderliyində Avropanın öz hayına qalaraq, verdikləri qərarları nə tam doğrulaması nə də yalanlaması, əslində, yanan alovu daha da qızışdıraraq faktiki olaraq üçüncü dünya müharibəsini başlatması deməkdir.
Beləliklə, bu günlərdə rəsmi Bakının öndərliyində bütün dünyanın yaşıl dünya naminə həmrəy olduğu bir dövrdə Rusiyaya qarşı uzaqvuran raketlərin istifadəsinə yandırılan “yaşıl işıq” siyasi gündəmi daha da isitməklə onsuz da qlobal istiləşmədən od tutub yanan dünyanın nəfəsini kəsməkdədir. Buna qədər bir növ məhəlli münaqişə kimi dəyərləndirilə bilən Vladimirlə Volodimir arasındakı anlaşmazlığın daha da böyüyərək dünya müharibəsinə çevrilməsinin bu “yaşıl işığa” nə qədər bağlı olacağına yaxın günlərdə şahid olacağıq. Hələlik isə dünya gecələr Ukrayna səmalarının yuxusunu qaçıran “əmmamade” “Shahed”ləri izləməklə Kurskda indiyə qədər görmədiləri sərbəst internetin dadını çıxara Şimali Koreya əsgərlərinin əyləncəsi barədəki xəbərlərdən danışmaqdadır.
Başladığı vaxt üç gün içində bitəcəyi deyilən, amma bu keçən min gün içində hər iki tərəfi fiziki və mənəvi olaraq tükətmiş, milyonlarla ailəni başsız qoymuş Rusiya-Ukrayna müharibəsi hər an ətraf dövlətlərə də sıçramaqla böyük təhlükə mənbəyidir. Bizim üçün nə qədər təəssüfverici olsa da yeganə təsəlli, qardaş qırğını deyə biləcəyimiz bu mingünlük müharibənin ölkəmizə hər hansı birbaşa təsirinin olmaması və bu ehtimalın da sıfıra bərabər olmasdır. Dünyada hər cür münaqişə və işğallara yaşıl işıq yandıranların əksinə olaraq dövlət başçımız Prezident cənab İlham Əliyevin qlobal arenada apardığı mükəmməl xarici siyasət nəticəsində ölkəmiz heç bir böyük dövlətin və ya dövlətlərin güdazına getmədən öz doğru yaşıl yolu ilə irəliləyir, Azərbaycanın gücünü daha da artıran dostları ilə dünyaya işıq saçır. Bu, dünyanı aydınladan ən yaşıl işıqdır.
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər